Mühafizə alayında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 27 fevral (AZƏRTAC). Penitensiar Xidmətin mühafizə alayında Xocalı soyqırımının iyirminci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə mühafizə alayının komandiri, ədliyyə polkovniki Mehman Məmmədov çıxış edərək baş vermiş hadisənin xronologiyasını bir daha xatırlatmışdır. O qeyd etmişdir ki, 1992-cı il fevralın 26-sı XX əsr Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Həmin gecə erməni şovinist dairələri keçmiş sovet ordusunun qalığı olan 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərini işğal edərək, silahsız əhaliyə qarşı əsl soyqırımı aktı törətmişlər.
Tədbirdə çıxış edənlər vurğulamışlar ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi qiymət verilmiş, şəhidlərin xatirəsi əbədiləşdirilmiş, şəhid ailələrinə və o müdhiş gecədə sağlamlığını itirmiş soydaşlarımız hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar.
Daha sonra “Qarabağ çağırır bizi-ruhumun harayı” sənədli filmi və müddətli hərbi xidmətdə olan əsgərlər üçün Hüseynqulu Sarabski adına mədəniyyət evinin hazırladığı ”Yaralı Xocalı” ədəbi-bədii kompozisiyası nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]