Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müharibə çarmıxı: zehin, güc, qorxu

Müharibə çarmıxı: zehin, güc, qorxu

Bakı, 15 aprel, AZƏRTAC

İnsanın yıxılıb-yıxılmamasını, irəli getməsini və ya geri çəkilməsini müəyyən edən əsas amil zehindir. Zehin iradənin və fiziki gücün hansı vəziyyətdə olduğunu ölçən bioloji bir mexanizm kimi çıxış edir. Bəs, hərbçi üçün daha həlledici olan nədir: zehni, yoxsa fiziki güc?

Bununla bağlı AZƏRTAC-a açıqlama verən hərbçi-psixoloq Amil Məhərrəmoğlu bildirib ki, döyüş meydanında əsgərə təsir edən əsas faktor ölüm-qalım dilemmasıdır. Bu dilemma insanın bütün varlığını görünməz bir hörümçək toru kimi bürüyür. Belə anlarda insan ruhu qorxunun sıx toxunmuş toruna düşür və hər bir qərar bu torun içində formalaşır: “Əsgərin döyüş meydanındakı fəaliyyəti onun zehni, fiziki və psixoloji hazırlığı ilə birbaşa əlaqəlidir. Sülh dövründə qazandığı hərbi biliklər sayəsində əsgər öz ixtisasına mükəmməl şəkildə yiyələnir. Fiziki məşqlərə cəlb olunmaqla bədəninin dözümlülüyünü artırır, psixoloji hazırlıq keçməklə isə zehni baxımdan formalaşır. Psixoloji hazırlıq döyüş zamanı hisslərin idarəolunmasında, stresə davamlılıq göstərilməsində və yoldaşlarına vaxtında yardım edilməsində mühüm rol oynayır. Zehni və fiziki hazırlıq döyüşçüdə mənəvi gücün formalaşması və inkişafı üçün əsas təməl hesab olunur”.

Onun sözlərinə görə, müharibə insanın daxili imkanlarının sərhədlərini üzə çıxaran çoxşaxəli bir sınaqdır. Bu sınaq "müharibə çarmıxı" anlayışı ilə izah oluna bilər. Sözügedən anlayış döyüşçünün üzləşdiyi üç əsas amilin - qorxu, zehni və fiziki gücün kəsişməsində formalaşır. “Müharibə döyüşçü üçün bir çarmıxdır: bir tərəfində qorxu, digər tərəfində fiziki tükənmə, mərkəzində isə zehni güc dayanır. Qorxu hər bir əsgərin daxilində mövcuddur, lakin onu idarə edə bilən döyüşçü zehni üstünlük qazanır. Fiziki güc bədəni irəli aparsa da, zehni güc onu döyüşdə saxlayan əsas dayaqdır. Bu üç amilin vəhdəti döyüşçünün taleyini müəyyənləşdirir”, - deyə o vurğulayıb.

Qorxu idarə oluna bilər

Amil Məhərrəmoğlu deyib ki, qorxu amili (qorxu) döyüş şəraitində hər bir fərdin təbii reaksiyasıdır və onun davranışlarına birbaşa təsir göstərir: “Analitik araşdırmalar göstərir ki, qorxu özlüyündə neytral bir psixoloji kateqoriyadır. Onun müsbət və ya mənfi təsiri döyüşçünün zehni hazırlıq səviyyəsindən asılıdır. Zehni dayanıqlığı yetərli olmayan şəxslərdə qorxu qərarsızlıq, panika və effektivliyin azalmasına səbəb olur. Əksinə, zehni hazırlığı yüksək olan döyüşçü qorxunu idarə edərək onun diqqət və ayıqlıq funksiyalarını gücləndirə bilir. Qorxu mənfi emosiyadan çox həyatda qalmanı təmin edən əsas instinktdir. Müharibədə qorxu tamamilə aradan qalxmaz, amma idarə oluna bilər”.

O, qorxunun rolu barədə deyib: “Təhlükəni real qiymətləndirməyə və diqqəti toplamağa kömək edir. Əgər nəzarət altına alınmazsa, panika, yanlış qərarlar və fərarilik - döyüşdən yayınma kimi nəticələrə səbəb ola bilər. Yaxşı təlim görmüş hərbçi qorxunu "mühafizə mexanizminə" çevirə bilir, onu motivasiya kimi istifadə edir. Əks təqdirdə isə orqanizmi iflic edə, döyüşçünü panika halında hərəkətsiz duruma sala bilir. Qorxunu idarəetmə qabiliyyəti peşəkar komandir və psixoloq heyətinin təlimi ilə inkişaf etdirilir”.

Zehni güc döyüş hazırlığının strateji komponenti kimi

Hərbçi-psixoloq diqqətə çatdırıb ki, zehni güc (zehin) müharibə çarmıxının mərkəzi elementi hesab olunur. Zehni hazırlıq döyüşçüyə stresli və riskli situasiyalarda rasional qərar qəbul etmək, informasiya axınını səmərəli emal etmək və planlaşdırma funksiyalarını yerinə yetirmək imkanı verir. Bu baxımdan zehni güc təkcə fərdi xüsusiyyət deyil, həm də döyüş hazırlığının strateji komponenti kimi qiymətləndirilir: “Zehin hərbçinin vəziyyətini düzgün qiymətləndirmək, riskləri analiz etmək, qərar vermək və soyuqqanlı qalmaq bacarığıdır. Bu, həm təlim nəticəsində formalaşır, həm də təbii intellektual çevikliyin göstəricisidir”.

O, zehnin rolu barədə bildirib: “Döyüşdə situasiyanın "duman"ını dağıdır, yəni qeyri-müəyyənlik şəraitində doğru istiqaməti tapmağa kömək edir. Qorxunu idarə etməyə kömək edir, çünki rasionallıq panikanın qarşısını alır. Resursları (zaman, qüvvə, sursat və s.) optimal idarə etməyə imkan yaradır. Komandan qərarlarında strateji düşünməni təmin edir”.

Fiziki gücün effektivliyi zehni dayanıqlıqla əlaqəlidir

Amil Məhərrəmoğlu vurğulayıb ki, fiziki güc (güc) isə döyüş tapşırıqlarının icrasında əsas rol oynayır. Uzunmüddətli fiziki yüklənmə, ətraf mühit faktorları və resurs məhdudiyyətləri döyüşçünün performansına birbaşa təsir edir: “Analitik təhlillər göstərir ki, fiziki gücün effektivliyi zehni dayanıqlıqla sıx bağlıdır. Zehni zəiflik fiziki resursların sürətli tükənməsinə və döyüş qabiliyyətinin azalmasına səbəb olur. Güc yalnız əzələ enerjisi deyil, həmçinin iradə, dözümlülük və psixoloji dayanıqlığın birləşməsidir. Hərbçi üçün güc həm bədəni, həm də ruhu təzyiq altında qorumaq deməkdir”.

Hərbçi-psixoloq gücün rolu barədə deyib: “Bədən yüklənmələrinə və yorğunluğa qarşı müqavimət yaradır. Psixoloji təzyiq zamanı təslim olmamaq üçün "şəxsiyyət dayağı" rolunu oynayır. Liderlik keyfiyyətlərini və komandaya inam hissini gücləndirir. Zehinin effektivliyini qorumağa kömək edir, çünki zəif bədən, düşüncəni də zəiflədir”.

O qeyd edib ki, avtomobil yolunu keçmək istəyən piyada ilk olaraq qərar verir, piyadalar üçün nəzərdə tutulan keçidə yaxınlaşır və işıqforun yanmasını gözləyir. Bu, zehni fəaliyyətdir. Daha sonra isə hərəkətə başlayır, iti addımlarla yolu keçir. Bu isə fiziki güc və qorxunun instinktidir. Bu cür qarşılaşdırmaların sayını artırmaq olar. “Sonda qeyd edim ki, piyadanı döyüşçü, yolu isə döyüş meydanı olaraq təsəvvür etsək, "müharibə çarmıxının" həyatımızın bir çox sahələrində bizimlə olduğunu dəqiq başa düşə bilərik. Bu üç element arasında harmoniya pozularsa, hərbçi ya həddindən artıq düşünür və qərarsız qalır, ya da kor cəsarətlə riskə atılır deməkdir. Ən səmərəli döyüşçü isə ağlı ilə düşünən, iradəsi ilə dözən, qorxusunu idarə edən şəxsdir”, - deyə Amil Məhərrəmoğlu diqqətə çatdırıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb