Mülkiyyət əleyhinə olan cinayətlərə qarşı mübarizəyə həsr edilmiş monoqrafiya çap olunub
Bakı, 3 iyun, AZƏRTAC
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Elmi şurasının qərarı ilə bu müəssisənin baş elmi işçisi, Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanovun “Mənimsəmə və ya israfetmə əməllərilə mübarizənin cinayət-hüquqi xüsusiyyətləri” monoqrafiyası çap olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, nəşrdə Azərbaycan Respublikası cinayət qanunvericiliyinin mənimsəmə və ya israfetmə əməllərini nəzərdə tutan cinayət hüquq normasının ümumi xarakteristikası və təhlili əksini tapıb. Tədqiqat işində mülkiyyət əleyhinə olan cinayətlərin növlərindən biri olan mənimsəmə və israfetmə əməllərinin anlayışına, onların ağırlaşdırıcı hallarına, həmin əməllərin tövsifi məsələlərinə xüsusi diqqət yetirilir.
Monoqrafiya “Azərbaycan Respublikasının cinayət hüququ” kursunu öyrənən tələbə və magistrlər, doktorantlar, hüquq fakültələrinin müəllimləri, habelə hüquq mühafizə orqanlarının əməkdaşları üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Mənimsəmə və ya israfetmə əməllərilə mübarizənin cinayət-hüquqi xüsusiyyətləri” monoqrafiyası ölkəmizdə bu kimi cinayətlərə qarşı mübarizəyə həsr edilmiş ilk əsərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:39]
AMEA-da gürcü alimlərlə görüş olub
- 09.10.2026 [17:20]
BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub
- 09.10.2026 [17:01]
Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində
- 09.10.2026 [16:44]
Tədqiqatlarda süni intellektin tətbiqi
- 09.10.2026 [16:37]