Tədqiqatlarda süni intellektin tətbiqi
Bakı, 9 oktyabr, AZƏRTAC
AMEA Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin təşkilatçılığı, Tarix və Etnologiya İnstitutu Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin koordinatorluğu ilə “Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlimin ikinci modulu keçirilib.
Tarix və Etnologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, təlim iştirakçılarına “Humanitar elmi ədəbiyyatın süni intellekt alətləri ilə axtarışı və təhlili” mövzusunda məlumat verilib. Süni intellekt alətlərinin elmi araşdırmalarda, xüsusilə humanitar elmlər üzrə mənbələrin axtarılması, seçilməsi, sistemləşdirilməsi və təhlilində yaratdığı imkanlardan bəhs olunub. Mövzu ilə bağlı təqdimatı AMEA Rəqəmsal Akademiyanın Süni intellekt və Elektron xidmətlər şöbəsinin əməkdaşı Aygün Əliyeva aparıb.
Təlim zamanı “Semantic Scholar”, “Consensus”, “Perplexity” və “Elicit” kimi süni intellektəsaslı alətlərin imkanları nümayiş etdirilib, bu platformalardan humanitar elmi ədəbiyyatın axtarışı, seçilməsi və təhlili prosesində istifadə üzrə praktiki nümunələr və həllər təqdim olunub.