Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Münxendə İran rejiminə etiraz: “Rədd olsun diktatura!” VİDEO

Münxendə İran rejiminə etiraz: “Rədd olsun diktatura!” VİDEO

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 17-də Almaniyanın Münxen şəhərində yaşayan iranlılar şəhərin mərkəzi küçələrində İran rejiminə qarşı kütləvi etiraz aksiyası keçiriblər.

AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları “Diktatora ölüm!”, “Xamneyiyə ölüm!”, “Rədd olsun diktatura!”, “Qadınlara azadlıq!” kimi şüarlar səsləndiriblər.

Xatırladaq ki, bu gün İranın böyük şəhərlərində də kütləvi aksiyalar davam edib və bənzər şüarlar səsləndirilib.

Ötən ilin sentyabrından başlayan kütləvi aksiyaların artıq 6 aydır həbslərə və edamlara baxmayaraq davam etməsi İranda daxili vəziyyətin heç də ürəkaçan olmadığını deməyə əsas verir. 

Kütləvi aksiya iştirakçılarına qarşı törədilən vəhşilik və qəddarlıq dünya ictimaiyyətini də narahat etməyə başlayıb.

Münxendə iranlı miqrantların kütləvi aksiya keçirməsi təsadüfi deyil. Bildiyimiz kimi, bu gün Münxendə hər il keçirilən Təhlükəsizlik Konfransı işə başlayıb. Konfransda Avropa və Asiya dövlətlərinin liderləri, tanınmış ictimai-siyasi xadimlər, dünyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri iştirak edirlər. Aksiya iştirakçılarının məqsədi də dünyanın siyasi elitasının diqqətini İranda baş verən haqsızlıqlara və qanunsuzluqlara cəlb etməkdir.

Xatırladaq ki, ötən ilin sentyabrında 22 yaşlı qadının polis zorakılığına məruz qalaraq həyatını itirməsindən sonra başlayan kütləvi aksiyalar İranın irili-xırdalı bütün şəhərlərində davam edir. Bir sıra şəhərlərdə aksiyalar iğtişaşlara çevrilib, banklar, inzibati binalar dağıdılıb, polis və təcili tibbi yardım avtomobilləri yandırılıb. Aksiya iştirakçılarını iğtişaşlara sövq edən əsas səbəb hökumətin onları “terrorçu”, “xarici dövlətlərin agentləri” adlandırması və göstərilən qəddarlıq olub. Bu günədək qarşıdurmalarda 500-ə yaxın aksiya iştirakçısı və təhlükəsizlik qüvvələrinin 50-dən çox əməkdaşı həlak olub. Həbs olunanların sayı 15 mini ötüb, 100-dən çox şəxs edam edilib.

Ötən əsrin ortalarında İranda inqilabi proseslər başlayanda cəmiyyətdə heç kim orta əsrlərin şəriət qanunları ilə yaşamağa davam edəcəyini ağlına belə gətirmirdi. İnsanlar dini ədalətin bərqərar olacağına, ölkənin dünya ilə daha sıx inteqrasiyasına, şah rejiminin qəddarlığına son qoyulacağına və ən başlıcası, zəngin yeraltı sərvətlərə malik ölkədə əhalinin rifahının yüksələcəyinə inanırdılar. Bu inam on minlərlə insanın küçələrə çıxmasına, şah rejimi əleyhinə təşkil olunan kütləvi aksiyalara qatılmasına səbəb olurdu. Lakin 1979-cu il İslam inqilabından sonra vəziyyət başqa istiqamətə yönəldi və çox keçməmiş insanlar gözlədikləri həyat səviyyəsinə çata bilməyəcəklərini anladılar.

Məhkəmələrin əl kəsmək, qadınları çadraya məhkum etmək barədə qərarları və digər şəriət qanun-qaydalarının tətbiqi insanların inqilaba münasibətini tamamilə dəyişdi, lokal etirazlar baş qaldırdı. Lakin rejim təbliğat və zor gücünə insanları ram edə bildi. İnqilabdan sonra minlərlə görkəmli ziyalı, tanınmış alim, mədəniyyət xadimi ölkəni tərk etdi. Yeni hakimiyyət yeni siyasi xətt tutaraq regionda hökmranlıq etmək üçün “Şiə hilalı” kimi geosiyasi layihələri ortaya atdı.

Neft və qazdan əldə olunan milyonlar ölkənin inkişafına və sosial vəziyyətin yüksəlməsinə deyil, region dövlətlərinə təsir etmək üçün yaradılan siyasi və bəzən də silahlı qruplaşmaların maliyyələşməsinə yönəldildi. Digər tərəfdən nüvə proqramını həyata keçirərək dünyanın diqqətini üzərinə çəkdi və sərt sanksiyalara məruz qaldı. Bütün bunlar ölkədə sosial-iqtisadi vəziyyəti son dərəcə ağırlaşdırdı. Artıq əhali təbliğata uymur və anlayır ki, rejimin yürütdüyü siyasət ötən 40 ildə İrana nəinki inkişaf və rifah gətirməyib, əksinə, onu dünyadan təcrid vəziyyətə salıb.

Yuxarıda deyilənləri nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, İranda davam edən kütləvi aksiyalar heç də təkcə qadın hüquqlarının müdafiəsi və bu kimi digər məsələlərlə bağlı deyil, insanlar artıq beziblər və rejimin dəyişməsini istəyirlər.

Münxendə İran rejiminə etiraz: “Rədd olsun diktatura!” VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb

Baş direktor: Yük gəmiləri limanda qaldıqları müddətdə havanı zəhərləyirlər