“Müqəddimətül-ədəb” əsərinin əlyazmasının surəti əldə edilib
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov tərəfindən Tehranın Məclis Kitabxanasından daha bir əlyazmanın surəti əldə olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, orta əsrlərin görkəmli alimi Carullah Əllamə Zəməxşərinin “Müqəddimətül-ədəb” əsərinin türk dilinə tərcüməsinin əlyazmasının surəti əldə edilib.
Orta Asiya türklərindən olan müəllifin özünün qeyd etdiyi kimi, bu əsər başqa millətlərə, eləcə də ərəblərə ərəb dilini öyrətmək məqsədilə təxminən 1128-1144-cü illərdə yazılıb. Kitabın lüğət hissəsində ərəb və fars sözlərinin türkcə qarşılığı verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2026 [14:02]
ADAU-da məhsul itkilərinin azaldılması yolları təqdim edilib
- 15.05.2026 [13:17]
Folklor İnstitutunda mifologiya və “Dədə Qorqud”la bağlı elmi seminar
- 15.05.2026 [13:08]
Mingəçevir Dövlət Universitetinə 500 elmi kitab hədiyyə edilib
- 15.05.2026 [12:30]
BMT rəsmisi Azərbaycanın müasir inkişaf modelini yüksək qiymətləndirib
- 15.05.2026 [12:14]