Murmanskdakı Azərbaycan diasporu Respublika Gününü qeyd edəcəkdir
Bakı, 22 may (AZƏRTAC). Murmanskda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 94-cü ildönümünə həsr olunmuş konfrans keçiriləcəkdir.
Ümumrusiya Azərbaycan Konqresinin regional nümayəndəliyi tərəfindən təşkil olunmuş konfrans çərçivəsində kitab sərgisi də keçiriləcəkdir.
1918-ci il mayın 28-də Azərbaycan xalqının Vətənin azadlığı və müstəqilliyi ilə bağlı arzusu həyata keçmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk dünyəvi demokratik respublika olmuşdur. Dünya birliyi AXC-nin suverenliyini tanımışdır.
AXC seçki hüququ, qadınların seçib-seçilmək hüququ, Bakı Dövlət Universitetinin yaradılması, habelə Azərbaycan dövlət simvollarının qəbul edilməsi barədə qərarlar qəbul etmişdir.
AXC cəmi 23 ay mövcud olmuşdur... 1920-ci il aprelin 28-də Qızıl ordu Azərbaycana soxulmuşdur. Azərbaycan 75 il SSRİ tərkibində olsa da, demokratik dəyərlər və müstəqillik ruhu Azərbaycan xalqının qəlbindən heç zaman silinməmişdir.
Murmansk vilayətinin qubernatoru yanında Millətlərin İşləri üzrə Məşvərət Şurasının üzvü Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, tədbirə hökumətin və bələdiyyə orqanlarının üzvləri, Murmansk vilayəti Milli Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvləri, jurnalistlər və başqaları dəvət almışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [22:04]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [22:02]
Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər
- 14.10.2026 [21:48]