MURTAZA SƏFFƏRİ: “İRAN AZƏRBAYCAN VƏ TÜRKMƏNİSTAN İLƏ XƏZƏRİN BÖLÜNMƏSİ BARƏDƏ DANIŞIQLAR APARIR
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, səfir Qazaxıstanın, Rusiyanın və Azərbaycanın bu sahədə müəyyən uğurlar qazandığını, öz ölkəsinin Azərbaycan və Türkmənistan ilə konsensusa və qarşılıqlı anlaşmaya nail olmaq məqsədi ilə danışıqlara başladığını söyləmişdir. O demişdir ki, Xəzərin hüquqi statusu haqqında qəti qərar beş Xəzəryanı dövlətin bu barədə rəyi nəzərə alındıqdan sonra qəbul oluna bilər və beştərəfli danışıqlar “yaxşı nəticə” verəcəkdir.
Rusiya, Qazaxıstan və Azərbaycan arasında Xəzərin dibinin bölünməsi haqqında ikitərəfli saziş bağlanmış, Xəzərin cənub hissəsində isə Azərbaycan, Türkmənistan və İran arasında fikir ayrılığına görə, hələlik razılıq əldə edilməmişdir. Əminəm ki, bu məsələ tezliklə öz həllini tapacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]