Müşavir: Azərbaycan regionda Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edən ilk ölkədir
Bakı, 30 sentyabr,
Azərbaycan regionda Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edən ilk ölkədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 30-da Bakı Beynəlxalq Astronavtika Konqresinin keçiriləcəyi məkana - Bakı Konqres Mərkəzinə mediatur zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.
R.Bayramov qeyd edib ki, bu günədək Bakı Konqresində 4 mindən çox nümayəndə iştirak üçün qeydiyyatdan keçib. "Çox sevindirici haldır ki, tədbir iştirakçılarının yarıdan çoxu gənclərdir. Azərbaycan gəncləri bu sahədə də çox aktivdir. Belə ki, Azərbaycanın gənc alimləri 200-dən çox elmi məqalə təqdim edib. Ümumilikdə, Konqresə 195 ölkədən 3 500-dən çox elmi məqalə təqdim olunub", - deyə nazir müşaviri əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:33]
“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb
- 23.09.2026 [17:25]
Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub
- 23.09.2026 [17:00]
Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]