Musiqili Teatr Belarus teatrları ilə əlaqəni genişləndirir
Bakı, 27 mart, AZƏRTAC
Müxtəlif nüfuzlu beynəlxalq teatr və musiqi festivallarında münsif qismində iştirak edən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Belarus Dövlət Akademik Musiqili Teatrının direktoru Aleksandr Petroviçin dəvəti ilə aprelin 2-dək Minskdə səfərdə olacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər iki teatr arasında gələcək əlaqələrin daha da möhkəmləndirilməsi, yaradıcılıq əlaqələrinin inkişafı baxımından böyük önəm kəsb edən bu səfərin əsas məqsədi qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətindədir.
Teatr rəhbərlərinin görüş proqramına son illərdə Belarus Dövlət Akademik Musiqili Teatrında hazırlanmış tamaşaların, o cümlədən bilavasitə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının müəyyən dəstəyi ilə səhnəyə qoyulan “Arşın mal alan” operettasının nümayişi də daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]