Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müstəqilliyimizin qurtuluşu

Bakı, 12 iyun, AZƏRTAC

Tarixin və tarix yaradan dahilərin əsl qiymətini verən ən ədalətli hakim zamandır. 1993-cü ilin 15 iyunundan illər keçdikcə milli qurtuluşumuzun bünövrəsinin qoyulduğu bu günün xalqımızın müstəqillik tarixində nə dərəcədə böyük əhəmiyyətə malik olduğuna əminlik daha da möhkəmlənir. Çünki müstəqilliyimizin tarixinə qızıl hərflərlə yazılmış həmin gündən etibarən ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin dönməz və əbədi olmasının təməli qoyulmuşdur. Ona görə də bu əlamətdar gün Milli Məclisin 27 iyun 1997-ci il tarixli qərarına əsasən hər il ölkəmizin hər yerində rəsmi ümumxalq bayramı kimi qeyd olunur.

Milli Qurtuluş günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, həm də müasir müstəqillik tariximizin dönüş nöqtəsidir. Bu baxımdan böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Onu yaradan isə Azərbaycanın müstəqilliyinin əldə olunmasında, qorunub saxlanmasında, möhkəmlənməsində və inkişafında müstəsna rol oynamış bir insan - Heydər Əliyevdir.

Bu günlə bağlı tarixi gerçəklikləri daha dərindən dərk etmək üçün düşünürəm ki, real faktlar üzərindən obyektiv şərh etməklə xalqımızı öz müstəqilliyinə qovuşdurmuş yolun mərhələlərinə qısa bir nəzər salmağa ehtiyac var.

Müstəqillik ideyasının təməli

XX əsrin sonlarında SSRİ-nin süqutu nəticəsində yaranmış tarixi şəraitdən istifadə edən bütün digər keçmiş sovet respublikalarında olduğu kimi, Azərbaycan da öz dövlət müstəqilliyini dünyaya bəyan etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi mərhələyə münasibət bildirərkən Sovetlər Birliyinin məhz milli siyasət fonunda dağıldığını söyləmişdir: “SSRİ böyük dövlət qismində düzgün aparılan milli siyasət hesabına mövcud oldu. Amma 1985-ci ildən SSRİ-yə rəhbərlik edən şəxslər ya öz məsuliyyətlərini başa düşmürdülər, ya da bilərəkdən zərərli addımlar atırdılar ki, bunların arasında separatçıların vaxtlı-vaxtında cəzalandırılmaması da var idi”.

Lakin təbiidir ki, bu proseslər ictimai-siyasi şəraitdən, mental xüsusiyyətlərdən asılı olaraq və proseslərə təsir göstərə bilən tarixi şəxsiyyətlərin mövqeyi baxımından hər bir ölkədə fərqli cəhətləri ilə seçilir. O cümlədən Azərbaycanda da müstəqilliyə aparan yolun konkret tarixi mərhələləri və özünəməxsus xüsusiyyətləri vardır.

Əsl tarixi həqiqət odur ki, Heydər Əliyev 1987-ci ildə SSRİ kimi nəhəng bir dövlətin ali hakimiyyət orqanlarında tutduğu yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra ona qarşı bu ədalətsiz münasibətdən məyus olmuş Azərbaycan xalqının Sovetlər Birliyinə inamı sarsıldı və məhz bu hadisə onun müstəqillik düşüncələrinə ilk təkan oldu. Çünki Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dönəmində (1969-1982-ci illər) qurucu lider kimi xalqın böyük rəğbətini qazanmışdı.

1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan məhz Heydər Əliyevin fədakarlığı sayəsində həmin tarixdən sonra elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilmişdi. Müqayisə üçün deyək ki, 1969-cu ildə Sovetlər Birliyində ümumi məhsulun həcmi 1965-ci ilə nisbətən 43 faiz çoxaldığı halda, Azərbaycanda bu artım cəmi 29 faiz olmuşdu.

1969-1985-ci illər ərzində isə Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdı. Azərbaycan böyük potensialı olan aqrar-sənaye respublikasına çevrilmişdi. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı gənc təhsil almağa göndərilmişdi. Ümumiyyətlə, görülən işlər ölkənin bütün istiqamətlər üzrə mərkəzdən asılılığını azaltmağa hesablanmışdı. Respublikanın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması, azərbaycançılıq ideyasının formalaşması istiqamətində atılan addımlar, peşəkar hərbçilərin hazırlanması işinə xüsusi diqqət yetirilməsi və bir çox digər məsələlər Heydər Əliyevin milli azadlıq ideyasına söykənirdi. Bu baxımdan inamla demək olar ki, həmin dövr, eyni zamanda, milli özünüdərkin möhkəmlənməsi mərhələsidir. Təsadüfi deyil ki, o zaman İttifaq miqyasında iqtisadi cəhətdən özünü tam təmin edə bilən iki respublikadan biri məhz Azərbaycan olmuşdur. Sonralar həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan ulu öndər Heydər Əliyev demişdir: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”.

Ədalətsiz münasibətlər hədəfində

Heydər Əliyev Moskvada çalışdığı 1982-1987-ci illərdə də Azərbaycandan diqqətini əsirgəmir, xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması üçün əhəmiyyətli addımlar atırdı. Lakin Heydər Əliyevdən sonra respublikaya rəhbərlik etmiş şəxslərin kölə psixologiyası, prinsipsizliyi, qətiyyətsizliyi və düşünülməmiş kor-koranə addımları Azərbaycanı getdikcə tənəzzülə doğru aparmışdı. Xüsusilə Kremlin əlaltısına çevrilmiş Ə.Vəzirovun rəhbərliyi dövründə respublika dərin iqtisadi və siyasi böhrana yuvarlanmışdı. Azərbaycanın kənd təsərrüfatının, xüsusilə ənənəvi və yüksək gəlirli sahələr olan pambıqçılığın və üzümçülüyün məhvi məhz onun adı ilə bağlıdır.

Heydər Əliyevin Moskvada siyasi fəaliyyətdən təcrid olunmasından dərhal sonra keçmiş ittifaqın ermənipərəst rəhbərləri Dağlıq Qarabağda separatçı hərəkətlərə rəvac verdilər. Bu, həm də 1988-ci ildə 250 mindən artıq soydaşımızın Ermənistandan kütləvi deportasiyası ilə nəticələndi. Bu hadisələr o dövrdə Azərbaycanın milli azadlıq hərəkatına təkan verən amillərə çevrildi. Bu il mayın 28-də Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışındakı çıxışı zamanı həmin dövrün əsl tarixi-siyasi qiymətini vermişdir: “...Ermənilər və burada yerli satqınlar Heydər Əliyev Moskvada işləyəndə donoslar, anonim məktublar yazırdılar. Aydın məsələdir ki, Heydər Əliyev amili qoymurdu ki, ermənilər baş qaldırsınlar...Baxın, Heydər Əliyev Siyasi Bürodan, Sovet İttifaqının Nazirlər Sovetindən yüksək vəzifələrdən gedəndən sonra iki həftə keçməmiş nə baş verdi? Bir erməni millətçisi məqalə ilə çıxış etdi ki, Dağlıq Qarabağ Ermənistana verilməlidir. Özü də harada? Fransa qəzetində. Artıq erməni diasporu bu işlərə qoşulmuşdu. Sovet İttifaqının başında dayanan adamlar da öz ermənipərəst mövqeyi ilə fərqlənmişlər. Biz bunu yaxşı bilirik və artıq hərəkət başladı. O vaxt Azərbaycan hakimiyyəti nə etdi? 1987-ci ilin noyabrı idi. Heydər Əliyev vəzifədən gedəndən sonra cəmi iki həftə keçmişdi. Buradakılar neylədilər? Heç nə. Veclərinə də almadılar. Onlar elə bil ki, bu torpağın övladları deyildilər. Biganə qaldılar, reaksiya vermədilər. Vəziyyəti nəzarət altında saxlaya bilmədilər və nəticə etibarilə, çox da keçmədi, təxribat törədildi. Bu tarixə bu nöqteyi-nəzərdən baxın. Cəmi 3-4 ay keçdi, 1988-ci ilin fevral ayında Sumqayıt təxribatı törədildi. Nə idi o təxribat. Erməni quldurları orada dəstə yaradıb bir neçə ermənini öldürüb bunu Azərbaycan xalqının ayağına yazdılar. Bu da tarixi faktlardır...”

1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi böhran, hakimiyyətdə olan şəxslərin qorxaqlığı və həmçinin cəbhəçilərin təxribatçı davranışları sovet qoşunlarının Bakıya yeridilməsi və 1990-cı il qanlı 20 Yanvar hadisələri ilə nəticələndi. Bu hadisəyə ilk olaraq kəskin etirazını bildirən və ən dəqiq və obyektiv tarixi qiyməti verən də Heydər Əliyev oldu. O, həyatı üçün real təhlükələrdən çəkinmədən Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək oradan beynəlxalq aləmə tarixi bəyanat ünvanladı. Bu cəsarətli çıxışdan ruhlanmış Azərbaycan xalqının milli azadlıq hərəkatı daha da vüsət aldı.

Əslində hələ o zaman Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətdə görmək arzusu ilə yaşayırdı. Amma təəssüf ki, o zaman hakimiyyətdə olan milli xəyanətkarlar hər vəchlə buna mane olurdular. Moskvadan Bakıya gəlməsinə mərkəzi hakimiyyət, Bakıda qalmasına isə yerli hakimiyyət imkan vermirdi. Ona görə 1990-cı il iyulun 20-də gizli yollarla Bakıya gələn Heydər Əliyev iki gündən sonra Naxçıvana getdi. Həmin il noyabrın 17-də Muxtar Respublikanın Ali Məclisinin sədri seçildikdən sonra siyasi fəaliyyətini orada davam etdirməyə, faktiki olaraq blokada vəziyyətinə düşmüş Naxçıvanın ağır problemləri ilə məşğul olmağa başladı. O, hələ müstəqilliyin rəsmi bəyan olunmadığı bir vaxtda üçrəngli bayrağımızı qaldıraraq Naxçıvanda sovet rejiminın sonuna çıxmaqla ikinci müstəqilliyimizin təməlini qoydu. Bu gün Azərbaycan cəmiyyəti birmənalı olaraq o fikirdədir ki, əgər həmin dövrdə Heydər Əliyev Azərbaycanın rəhbərliyində olsaydı, nə Dağlıq Qarabağ işğal olunardı, nə də ki ölkə müstəqilliyinin ilk illərində böhran yaşamazdı. Təəssüf ki, biz bu tarixi şansdan yararlana bilmədik və bunun acı nəticələrini gördük.

Daxili çəkişmələr

1991-ci ilin oktyabrında müstəqillik aktına imza atmış Azərbaycan bu tarixi nailiyyəti itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. O dövrdə ölkə daxilindəki vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurmalar nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Hadisələri düzgün qiymətləndirə bilməyən Mütəllibov hakimiyyəti əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

Digər tərəfdən də təcavüzkar Ermənistanın ölkəmizə qarşı torpaq iddiaları ilə müşayiət olunan Dağlıq Qarabağ problemi ağır yük kimi Azərbaycanın başı üzərində dururdu. Hər kəsin var gücü ilə xarici düşmənə qarşı həmrəylik nümayiş etdirməli olduğu belə bir şəraitdə ayri-ayri mafioz qruplarda birləşmiş hakimiyyət hərisləri özlərinin şəxsi maraqlarına xidmət edən fəaliyyətlə məşğul idilər.

1992-ci ilin yaz aylarından başlanan daxili hərc-mərclik, siyasi qüvvələrin çəkişməsi cəbhə bölgəsinin nəzarətdən kənar qalmasına və Qarabağ savaşında ermənilərin üstünlüyü ələ almasına gətirib çıxardı. Bir-birinin ardınca strateji cəhətdən ən əhəmiyyətli ərazilərin itirilməsi ilə müşayiət olunan bu olaylar daha çox AXC-Müsavat cütlüyünün Azərbaycan dövlətinə qarşı satqın və xəyanətkar mövqeyi ilə əlaqəli idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin hadisələrə siyasi qiymət verərkən bunu hakimiyyət uğrunda gedən çirkin mübarizənin nəticəsi kimi dəyərləndirmişdir: “Kəlbəcərin, Şuşanın və Laçının işğal altına düşməsində AXC-Müsavat tandeminin çox böyük mənfi rolu olmuşdur… O vaxt onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi…Öz doğma torpaqlarını ermənilərə təhvil verərək AXC-Müsavat satqın cütlüyü 1992-ci ildə Şuşanın və Laçının işğalından sonra hakimiyyətə gəldi”. Xocalı şəhərinin, Şuşa, Laçın və Kəlbəcər rayonlarının və digər yaşayış məntəqələrinin işğal edilməsi barədə hələ 1992-ci ilin may ayında başlanmış cinayət işlərinin materialları, daha sonra, 1994-1996-cı illər ərzində Azərbaycan Respublikası Ali Məhkəməsinin Xocalı, Şuşa və Laçın rayonlarının işğalı ilə bağlı çıxardığı hökmlər və digər araşdırmaların nəticələri xəyanət əməlləri ilə müşayiət olunan hadisələrin qaranlıq məqamlarına işıq salan və onların hüquqi qiymətinin əks olunduğu mötəbər sənədlərdir.

Beləliklə, AXC-Müsavat cütlüyü meydan hərəkatının dalğası üzərində A. Mütəllibovu devirərək hakimiyyəti faktiki olaraq zəbt etdi. Cəbhəçilərin əsl siması bir il ərzində hakimiyyətdə olduqları zaman bəlli oldu. Daxili və xarici siyasətdə buraxılan səhvlər onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirdi. Xalq aclıq və səfalət içində idi. Ölkənin maliyyə imkanları tamamılə tükənmişdi. 2006-cı ilin denominasiyası nəzərə alınmaqla (1:5000 nisbətində) Azərbaycanın milli valyutasının bugünkü dəyəri ilə 1993-cü ilin dövlət büdcəsinin gəlirləri cəmi 7 milyon, xərcləri isə 12,3 milyon manat təşkil edirdi. O səbəbdən ki, cəbhəçilər Heydər Əliyevin ötən əsrin 70-80-ci illəri ərzində yaratdığı fundamental maddi və mədəni nailiyyətləri qısa müddətdə məhv etmiş, sərvətlər talan edilmiş, işbazlar tərəfindən xaricə satılmışdı. Ümumiyyətlə, ölkə kriminal, mafioz qruplar, silahlı birləşmələr tərəfindən idarə olunurdu.

Qarabağ məsələsi milli maraqlar çərçivəsindən çıxaraq şəxsi mənafe predmetinə çevrilmişdi. Şuşa, Laçın rayonları əldən gedəndən sonra Kəlbəcər rayonunun bütövlükdə işğalı nəticəsində Dağlıq Qarabağla Ermənistan arasında geniş əlaqə üçün imkan yarandı. Beləliklə də bu hadisələr yarıtmaz fəaliyyəti və davranişları ilə xalq içində tamamilə nüfuzdan düşmüş AXC-Müsavat hakimiyyətinin biabırçı sonuna yaxınlaşdırdı.

Vətəndaş müharibəsi astanasında

Gəncə şəhərində baş vermiş 1993-cü il 4 iyun hadisələri bu sonluğun kulminasiya nöqtəsi oldu. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycanın xalqı xilasını yalniz Heydər Əliyevin simasinda görürdü. Çünki bu böyük insan ümumxalq inamını, etibarını artıq o zamanadək xalqına sədaqətli, şərəfli xidməti ilə qazanmışdı. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istədi. Bu, həm də AXC-Müsavat hakimiyyətinin satqın və qorxaq mahiyyətini göstərən bir hadisə idi.

Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı artiq tarixi zərurət idi. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri dəvət etdi. Hələ 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan dəyərli ziyalıları Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Bu isə daxili və xarici düşmənlərimizin bütün planlarının pozulmasının başlanğıcı oldu. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və bölgədə hələ də davam edən qiyamın və qardaş qırğınının qarşısını aldı.

Son dövrlər o zaman vəzifədə olmuş şəxslər yeni gülünc, uydurma və dolaşıq açıqlamalar verməklə tarixi saxtalaşdırmağa cəhd edirlər. Əsl həqiqət isə ondan ibarətdir ki, həm Gəncə hadisələrini törədənlər, həm də onun qarşısını antikonstitusion yolla almaq istəyənlər eyni dərəcədə məsuliyyət daşıyırlar.

Ali Sovet Gəncə hadisələrini təhqiq edən deputat istintaq komissiyasının işinin yekunu barədə 16 iyul 1993-cü ildə qəbul etdiyi qərarla bu hadisələrə siyasi qiymət vermişdir. Sənədin 2-ci bəndində deyilir: ”1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin və digər yüksək vəzifəli şəxslərin əvvəlcədən xüsusi düşünülmüş və planlaşdırılmış siyasətinin nəticəsi hesab edilsin, onlar tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının kobud surətdə pozulması kimi qiymətləndirilsin”.

Milli birliyə çağırış

Gəncə qiyamı ağıllı siyasi gedişlər və böyük şəxsi nüfuz hesabına sülh yolu ilə yatırıldıqdan sonra 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. O, problemlərin həlli üçün ilk növbədə ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin son dərəcə vacib olduğu barədə qənaətini açıqladı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Bunun ardınca isə “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, - söyləyərək böyük risklər altında xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

Ən azından həyatda və siyasətdə qaldıqlarına görə Heydər Əliyevə borclu olan cəbhəçilər ümumxalq məqsədləri naminə legitim hakimiyyətə dəstək verməli olduqları halda, təəssüf ki, öz nankor xislətlərini bu dəfə də ortaya qoydular. Onlar hər vəchlə Heydər Əliyevin müstəqilliyimizin qorunması və dövlət quruculuğu istiqamətində başladığı fəaliyyətə mane olur, onun gördüyü taleyüklü işləri gözdən salmağa çalışdılar. Bunun üçün də yenə Qarabağ kartından istifadə etməyə cəhd göstərirdilər.

Şuşanın və Laçının işğalına şərait yaratmaqla hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü bu dəfə digər rayonların işğalına şərait yaratmaqla hakimiyyətdə qalmaq kimi mənfur niyyətlərini həyata keçirmək istəyirdilər. Bu məqsədlə də faktiki olaraq cəbhəçilərin nəzarətində olan silahlı birləşmələr döyüş zonalarından uzaqlaşdırılır və orduda hərc-mərclik yaradılırdı. Heydər Əliyevin güclü və müstəqil bir siyasətçi olduğunu bilən xarici qüvvələr də bu ərəfədə işğalçı Ermənistana dəstək verirdilər. Nəticədə 1993-cü ilin iyul-avqust aylarında Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı rayonları düşmənin nəzarəti altına keçdi.

Bütün bu gərgin vəziyyətə baxmayaraq Azərbaycanda dövlət orqanlarının fəaliyyətini və dövlətçiliyi bərpa etmək məqsədilə 1993-cü il oktyabrın 3-də prezident seçkiləri keçirildi və Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi.

Bu, elə bir dövr idi ki, cəbhə bölgəsində böhran davam edirdi. Nəticədə Zəngilan rayonu da işğala məruz qaldı. 1993-cü ilin son ayları ərzində ərazi itkilərinin əsas səbəbi o idi ki, bu dönəmdə yerlərdə, xüsusilə ordu bölmələrinin rəhbərliyində hələ də Elçibəy hakimiyyətinin təyin etdiyi şəxslər təmsil olunurdular və hadisələrin gedişinə ciddi təsir göstərmək imkanına malik idilər.

1993-cü ilin dekabr ayında Heydər Əliyev bütün daxili çəkişmələri kənara qoyub torpaqları azad etmək naminə Azərbaycan hərbçilərini səfərbər olmağa çağırdı. Azərbaycan ordusunun həmin günlərdə başlayan hücum əməliyyatları 1994-cü ilin yanvarında Horadizin və Füzuli rayonunun bir hissəsinin azad olunması ilə başa çatdı. Bu tarixin ən obyektiv qiymətini Heydər Əliyevin sonrakı addımlarının timsalında zamanın özü verib. Qarabağ savaşında ciddi uğur nümunəsi olan Horadiz əməliyyatının əsas siyasi əhəmiyyəti budur ki, öz havadarlarına arxayın olan rəsmi Yerevanın bu məğlubiyyətdən sonra atəşkəs rejiminə imza atmaqdan başqa çıxış yolu qalmadı. İllər sonra Azərbaycan ordusunun bu zəfəri 2016-cı ilin aprel ayında da yenidən təkrar olundu.

1993-cü ilin ortalarında ölkə daxilində ictimai-siyasi vəziyyəti daha da mürəkkəbləşdirən və cəbhədəki durumu ağırlaşdıran başqa ciddi səbəblər də var idi. Bundan öz maraqları naminə istifadə etmək istəyən və xarici havadarlarının dəstəyinə güvənən daxili separatçı qüvvələr də siyasi meydanda görünməyə başlamışdılar. 1993-cü ilin iyun-avqust aylarında cənub bölgəsinin 7 rayonunu əhatə edən bir ərazidə saxta polkovnik Əlikram Hümbətovun ortaya atdığı üzdəniraq “Talış-Muğan Respublikası” ideyası, şimalda isə 1990-cı ildən bəri milli zəmində millətçi “Sadval” hərəkatının fəallaşması respublikanın müstəqilliyi üçün əlavə təhlükə mənbəyinə çevrilmişdi. Həmin qüvvələr əslində Elçibəy hökumətinin yürütdüyü yanlış milli siyasət nəticəsində baş qaldırmışdılar. Separatçılar öz hədəflərinə çatmaq üçün Heydər Əliyevin məğlubiyyətini hamıdan çox arzulayan cəbhəçilərin mövqeyinə arxayın idilər. Vəziyyətin belə gərgin olmasına baxmayaraq Heydər Əliyev xalqın dəstəyi ilə həm şimalda, həm də cənubda süni yaradılmış separatçı meyillərin qarşısını aldı.

Sonrakı mərhələlərdə daxili sabitliyi pozmaq cəhdləri göstərilsə də, Heydər Əliyev ölkəmizi tarixin bu sınaqlarından da üzüağ çıxarmağı bacardı. “Əsrin kontraktı”nın imzalanması ərəfəsində, 1994-cü il oktyabrında Surət Hüseynov tərəfindən idarə olunan dövlət çevrilişinə cəhdin qarşısı alındı. Heydər Əliyevin bircə çağırışı ilə bir anın içində Prezident Aparatının qarşısına toplaşan on minlərlə insanın yaratdığı izdiham xalqın möhtəşəm Heydər Əliyev sevgisinin, öz liderinə sədaqətini və inamını nümayiş etdirən silinməz tarix kimi yaddaşlardadır. 1995-ci ilin martında radikal müxalifətə işləyən xarici anti-Azərbaycan qüvvələrin təsiri altına düşmüş OMON-çuların qiyamı yatırıldı.

Bundan sonra, nəhayət, ölkədə ictimai siyasi sabitlik ümumən bərqərar olmağa başladı. 1995-ci il noyabrın 12-də bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunduqdan sonra dinc quruculuq işləri yeni keyfiyyətdə davam etdirilməyə başlandı.

Qurtuluşdan tərəqqiyə

Heydər Əliyevin öz xalqının xoşbəxt gələcəyi naminə gördüyü işləri tək-tək sadalamaqla bitirmək mümkün deyil. Milli Qurtuluş günü barədə danışarkən artıq öz təsdiqini tapmış belə bir qənaəti təkrarən bölüşmək istərdim ki, xalqımız ölkəmizin bugünkü uğurlarının bünövrəsini qoymuş və Azərbaycanın dinamik inkişaf konsepsiyasının ideoloji təməli olan Yeni Azərbaycan Partiyasını yaratmış Heydər Əliyevi o zaman hakimiyyətə dəvət etməklə böyük müdriklik nümayiş etdirib. Bu tarixi yollara nəzər saldıqca bir daha əmin olursan ki, onun “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisi hər bir dövr üçün aktuallığını qoruyub saxlayır.

Prezident İlham Əliyev Ulu Öndərin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında onun Azərbaycanın müstəqilliyi və inkişafı naminə göstərdiyi fəaliyyətə siyasi qiymət verərkən demişdir: “1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər uğurlu inkişaf yolu ilə gedir...Ondan sonra Azərbaycanda sabitlik dövrü başlamışdır və bu dövr bu gün də davam edir. Ölkəmiz üçün çox önəmli qərarlar qəbul edilmişdir, siyasi islahatlara start verilmişdir. Məhz o illərdə bizim inkişafımızla bağlı strateji seçimlər edilmişdir ki, Azərbaycan müasir, demokratik ölkə kimi inkişaf etsin”.

Azərbaycan artıq müstəqilliyinin 29-cu ilini yaşayır. Ötən illər ərzində ölkəmiz böyük inkişaf yolu keçib. Bu günün fövqündən baxanda respublikamızın gələcəyi daha da işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı etibarlı əllərdədir. Heydər Əliyev ideologiyasının ən layiqli davamçısı olan islahatçı lider Prezident İlham Əliyev bu siyasəti uğurla həyata keçirir.

Milli Qurtuluşla, nəhayət, əsl milli hakimiyyət quruldu. Milli Qurtuluş gününün əsl mahiyyəti də elə bundadır.

Əli Hüseynli

Azərbaycan Respublikası Milli Məclisi

Sədrinin birinci müavini,

hüquq elmləri üzrə fəlsəfə doktoru

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADU və Mərmərə Universitetinin əməkdaşlığı çərçivəsində “İspan dili - akademik dil” adlı tədbir təşkil olunub

Marianxeles Belluşi: “El Calor en Baku” festivalı azərbaycanlıları Argentina mədəniyyəti ilə tanış edəcək

Baş katib: Azərbaycan gimnastlarından Dünya Kubokunda uğurlu nəticələr gözləyirik

Serbiyalı nazir: Metan emissiyalarının azaldılması qlobal istiləşməni yavaşlatmaq üçün ən sürətli və səmərəli imkanlardan biridir

İqtisadiyyat Nazirliyinin xidmətlərinə müraciətlərin 93 faizi elektron formada olub

AMB və Macarıstan Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib

BMU və YAP-ın təşkilatçılığı ilə Şuşada “Yay məktəbi” təşkil olunub

Dövlət Agentliyi “Azərişıq”ın regional bölmələrinin rəhbər şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Keçmiş voleybolçu: Azərbaycan millisinin İsveçlə oyunda yaxşı nəticə qazanacağına inanıram

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir YENİLƏNİB VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir YENİLƏNİB VİDEO

“Səfəvi tarixinə dair Florensiya Dövlət Arxivinin sənədləri” kitabı təqdim olunub

Azərbaycanın enerji siyasəti ölkənin ərazi bütövlüyünün təmin olunmasında strateji vasitələrdən biri olub ŞƏRH

Astronomlar qalaktikamızın mərkəzindəki qara dəlikdən gələn küləyi kəşf ediblər

Azərbaycan enerji təhlükəsizliyini yalnız neftlə deyil, bərpaolunan enerji ilə də təmin etmək niyyətindədir - ŞƏRH

Bazar günü Bakıda yağış yağacaq - XƏBƏRDARLIQ

İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir

BMT-nin nümayəndəsi: Metan emissiyalarının təxminən 75 faizinin qarşısı mövcud texnologiyalar vasitəsilə alına bilər

Azərbaycan Avrasiyanın əsas enerji mərkəzlərindən birinə çevrilib ŞƏRH

Ekoloji aksiya: BDU-nun həyətində müxtəlif çiçəklər əkilib

Neft qiymətləri həftəni itkilərlə tamamlayır

Yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblərə şagird qəbulu elan edilir

Beynəlxalq Türk Akademiyası elmi layihələrini təqdim edib

Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Ukraynada yaşayan azərbaycanlıların problemləri Ali Radada qaldırılıb

Dövlət orqanlarında 16 vəzifə üzrə daxili müsahibə elan olunub

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

İcraçı direktor: Metan emissiyalarının azaldılması üçün təcili və tamamlayıcı tədbirlər görməliyik

Baş prokuror Şəmkir rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb

Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb

Livan Respublikasının Baş naziri Nəvaf Salamdan

Kənd təsərrüfatı naziri Türkiyədə səfərdədir

Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərpoçt” Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə poçt markası hazırlayıb

FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb

Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku start götürüb

Süni intellekt texnologiyaları xaricdə təhsil almaq istəyən tələbələr üçün hansı yeni imkanlar yarada bilər?

Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqlayıb

ADA Universitetində 40-dan çox ölkənin mədəniyyəti nümayiş olunub VİDEO

ADA Universitetində 40-dan çox ölkənin mədəniyyəti nümayiş olunub VİDEO

Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir

Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb

BDYPİ rəsmisi: Yuxulu sürücünün idarə etdiyi avtomobil nəzarətsiz təhlükəyə çevrilir

Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir

Rəsmi Bakı: CNN-dən əsassız iddiaların yayıldığı məqalənin təkzib edilməsini gözləyirik

Almaniyanın XİN başçısı BMT-yə maliyyə töhfələrinin azaldılması ilə bağlı fikirlərə etiraz edib

İsraildən olan tibb mütəxəssisləri Səhiyyə Nazirliyinin mükafatlarına layiq görülüblər

Əməkdar müəllim Ənvər Abbasovun 75 illik yubileyi BSU-da qeyd olunub

Müşfiqsevərlər Xızıda ölməz şairin xatirəsini anıblar

Dövlət Xidmətinin rəisi Ağsuda vətəndaşların müraciətlərini dinləyib

Altıncı “Yüksəliş” müsabiqəsinin analitik təhlil imtahanının nəticələri açıqlanıb

BTQ-nin modernləşdirilməsi: Logistika səmərəliliyi və strateji perspektivlər

MEDİA: CNN-in Azərbaycanla bağlı iddiaları kobud informasiya manipulyasiyasıdır

Elşad Ağayev: Əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi xüsusi əhəmiyyət daşıyır

Türk ekspert: Ankara və Bakının qlobal nəqliyyatda əhəmiyyəti durmadan artacaq

Məcburi köçkünlərin mülkiyyət hüquqlarına dair qanun layihəsi yeni reallığın təzahürüdür - Ekspert

Süni intellektin hazırladığı ilk peyvənd gələcək pandemiyaların qarşısını ala bilər

Serbiyalı nazir: Təbiətin gücündən ilham almaqla çağırışları fürsətlərə çevirə bilərik VİDEO

Serbiyalı nazir: Təbiətin gücündən ilham almaqla çağırışları fürsətlərə çevirə bilərik VİDEO

Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır

Gülşən Paşayeva: Azərbaycanın strategiyasının iqtisadi mahiyyəti nəqliyyat dəhlizlərinin inteqrasiyasıdır

Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO

Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO

Ekspert: Süni intellekt və robot texnologiyaları üzrə ayrıca qanunlara ehtiyac var

Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib

®  “Baku Steel Company” QSC Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor statusunda iştirak edib VİDEO

® “Baku Steel Company” QSC Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor statusunda iştirak edib VİDEO

UN-Habitat-ın icraçı direktoru: Şəhərlərimiz təbii sistemlərlə ahəngdar şəkildə inkişaf etməlidir VİDEO

UN-Habitat-ın icraçı direktoru: Şəhərlərimiz təbii sistemlərlə ahəngdar şəkildə inkişaf etməlidir VİDEO

“İşıqlı planetin sakinləri”: Xeyirxahlıq və Mədəniyyət Festivalı çərçivəsində sərgi

Admiral Riçard Nayton: Böyük Britaniya “Soyuq müharibə”dən bəri ən təhlükəli dövrdən keçir

Gecikdirilmiş 378,3 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub

Ağdam Sosial Xidmət Mərkəzində 100-dən çox şəxs qayğı ilə əhatə olunub

Cari ildə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində 2700-dən çox əməkdaş üçün təlimlər təşkil olunub VİDEO

Cari ildə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində 2700-dən çox əməkdaş üçün təlimlər təşkil olunub VİDEO

XİN Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərə hücumla bağlı açıqlama yayıb VİDEO

XİN Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərə hücumla bağlı açıqlama yayıb VİDEO

MOK-un vitse-prezidenti: Təhlükəsiz idmanla bağlı heç bir məsələ gizli qalmayacaq

BMT-nin nümayəndəsi: Ölkələr öhdəlikləri konkret layihələrə çevirmək üçün birlikdə çalışmalıdır VİDEO

BMT-nin nümayəndəsi: Ölkələr öhdəlikləri konkret layihələrə çevirmək üçün birlikdə çalışmalıdır VİDEO

Zaqatalanın zəngin cüdo irsi və Olimpiya çempionlarının yetişdiyi "uğurlu zal" -  REPORTAJ  VİDEO

Zaqatalanın zəngin cüdo irsi və Olimpiya çempionlarının yetişdiyi "uğurlu zal" - REPORTAJ VİDEO

® “Azercell” və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar

Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir

Murat Kurum: COP31 Sədrliyi olaraq COP29-da irəli sürülmüş öhdəliklərin yerinə yetirilməsinə nəzarət edəcəyik VİDEO

Murat Kurum: COP31 Sədrliyi olaraq COP29-da irəli sürülmüş öhdəliklərin yerinə yetirilməsinə nəzarət edəcəyik VİDEO

Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar

Saymon Stil: Azərbaycanın davam edən liderliyini yüksək qiymətləndirirəm VİDEO

Saymon Stil: Azərbaycanın davam edən liderliyini yüksək qiymətləndirirəm VİDEO

“Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə çap olunmuş tam külliyyatından XIV cildi işıq üzü görüb

Fransa Senatı ordu üçün nəzərdə tutulan əlavə 36 milyard avroluq büdcəni ləğv edib

İyirmi dörd federasiyanın nümayəndələri təhlükəsiz idman proqramına cəlb olunublar

ƏƏSMN-in tabeliyindəki qurumlarda vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsabiqənin imtahan mərhələsi təşkil olunub

Səyyar "ASAN xidmət"in növbəti ünvanı Tbilisidir

Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb

Qərbi Azərbaycanın etnoqrafik mühiti və qızılbaş inancının folklora təsiri

Mali hökuməti “Əl-Qaidə”nin Sahel bölgəsindəki liderinin tutulmasına görə mükafat vəd edib

Sabah gündüz dağlıq və dağətəyi rayonlardan başlayaraq bəzi yerlərdə hava arabir yağıntılı olacaq

Əmlakı üzərinə həbs qoyulan şəxslərlə bağlı Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilir

COP30-un Prezidenti: Məqsədimiz real nəticələrin əldə olunmasına doğru irəliləməkdir

BMT-nin Baş katibi: Dünyamızın sağlamlığı təhlükə altındadır və aclıq problemi daha da dərinləşir

Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub

“Bir uşağın sabahına işıq ol!” - XXII Ənənəvi Xeyriyyə Sərgisi

Rəhman Mustafayev: Azərbaycan real addımlarla regional əməkdaşlığa sadiqliyini nümayiş etdirir

Mixail Qaluzin Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişafı üçün sərhədlərin açılmasının zəruriliyini bəyan edib

İnger Andersen: Dünyanın bütün ölkələri çoxsaylı iqlim çağırışları ilə üz-üzədir

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda II yerə layiq görülüblər

Prezidentin Naxçıvan MR-də səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq VİDEO

Prezidentin Naxçıvan MR-də səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq VİDEO

Nazir: Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı məsələlər əsas ekoloji prioritetlərimizdən biridir