Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mütəxəssis: Açıq ünsiyyət uşaqların yeni dərs ilinə inamla uyğunlaşmasına kömək edir

Mütəxəssis: Açıq ünsiyyət uşaqların yeni dərs ilinə inamla uyğunlaşmasına kömək edir

Bakı, 15 sentyabr, AZƏRTAC

Məktəbə başlamaq həm uşaqlar, həm də valideynlər üçün çətin ola bilər. Bu mərhələdə narahatlıq hissi təbiidir, çünki uşaqlar müəyyən yaşa qədər əsasən valideynləri ilə sıx bağlı həyat yaşayırlar. Məktəbə başlama ilə bu dinamika dəyişir. Qeyd etmək istərdim ki, məktəb hər bir uşağın həyatında mühüm addımdır. Valideyn və müəllimlərin münasibəti uşağın inkişafına mühüm təsir göstərir. Uşağın ilk müqaviməti onun öyrəşməyəcəyi demək deyil. Keçid dövrü hər uşaqda fərqlidir. Bəziləri tez uyğunlaşır, digərləri isə daha çox vaxt tələb edir. Ayrılıq narahatlığı yaşayan uşaq valideyninin qayıtmayacağından qorxa bilər. Zamanla öyrənirlər ki, ayrılıq müvəqqətidir. Məktəb bitdikdən sonra valideynləri mütləq onları qarşılayacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov səsləndirib.

O bildirib ki, tətil günlərinin rahatlığından sonra məktəb mühitinə uyğunlaşmaq uşaqlarda həyəcan yarada bilər. Səhər tezdən oyanmaq və dərs məsuliyyəti keçidi bir qədər çətinləşdirir. Valideynlər üçün əsas məqam bu narahatlığın normal olduğunu anlamaqdır. Yeni vəziyyət öncəsi hiss olunan həyəcan beynin dəyişikliklərə hazırlaşmasına kömək edir. Buna görə də uşaqlara bu çətinliklərin müvəqqəti olduğunu izah etmək vacibdir: “Uşağın hisslərini qəbul etmək və başa düşüldüyünü göstərmək təsirli dəstək yoludur. Məsələn, “Mən başa düşürəm ki, məktəbə qayıtmaq sənə bir az çətin görünə bilər” demək uşağa güvən verir. Uşaqlar streslə mübarizəni valideynlərdən öyrənirlər. Böyüklərin çətinliklərə sakit yanaşması onlar üçün nümunədir. Valideynin “Mən yorğun oluram, amma sakitləşmək üçün dərin nəfəs alıram” deməsi uşağa narahatlığını idarə etməyi öyrədə bilər. Açıq ünsiyyət və nümunəvi davranış uşaqların yeni dərs ilinə inamla uyğunlaşmasına kömək edir. Uşaqların yeni müəllim və sinif yoldaşlarına uyğunlaşması üçün də ünsiyyət və empatiya bacarıqlarının öyrədilməsi vacibdir. Həmyaşıdları ilə münasibət qurmaq, başqalarını dinləmək sosial mühitə tez uyğunlaşmağa kömək edir. Başqalarına kömək etməyə təşviq də mühüm rol oynayır. Uşaqlara dəstək göstərdikcə, onlar özlərini həm faydalı hiss edir, həm də daha tez qəbul olunurlar. Gündəlik rejimə sadiq qalmaq, öyrənmə ilə oyun arasında balans yaratmaq adaptasiyanı asanlaşdırır. Hisslərin idarəolunması streslə mübarizə bacarıqlarının inkişafında faydalıdır. Dərin nəfəs almaq, istirahət və yaradıcılıq uşağı rahatladır. Özünə qulluq, düzgün qidalanma və kifayət qədər yuxu psixoloji sabitliyi gücləndirir. Kiçik nailiyyətlərin qeyd olunması motivasiyanı artırır. Keçmiş çətinliklərin öhdəsindən gəlmək xatırladıldıqda uşağın özünə inamı möhkəmlənir. Açıq ünsiyyət və dəstək onların uyğunlaşmasını asanlaşdırır”.

Rövşən Nəcəfov məktəb dövrünün başlanğıcı ilə bağlı uşaqların yuxu və gündəlik rejiminin tənzimlənməsi üçün bir sıra tövsiyələr verib: “Dərslərin başlamasına iki həftə qalmış yatmaq və oyanmaq vaxtları tədricən tezləşdirilməlidir. Bu, uşağın məktəb cədvəlinə uyğunlaşmasını asanlaşdırır. Yuxu cədvəli yaradıldıqdan sonra ona hər gün əməl olunmalıdır. Yatmazdan əvvəl sakitləşdirici fəaliyyətlər faydalıdır. Duş qəbul etmək və kitab oxumaq rahatlaşdırıcı təsir göstərir. Elektron əyləncələr məhdudlaşdırılmalı, ağır yeməklərdən uzaq durulmalıdır. Yuxu mühiti qaranlıq və sakit olmalıdır. Yataq rahat, otaq temperaturu isə normal saxlanmalıdır. Kompüter və televizor kimi vasitələr yuxu mühitindən çıxarılmalıdır. Valideynlər də yuxu rejiminə əməl etməklə nümunə göstərməlidirlər. Sağlam yuxu vərdişləri uşağın məktəbə enerjili başlamasına kömək edir”.

Məktəbə marağın və motivasiyanın artırılmasında valideynlərin dəstəyinin əsas olmasına diqqət çəkən psixoterapevt bildirib ki, onlar övladlarının təhsil prosesində iştirak etdikdə, uşaqlar dərslərə daha çox həvəs göstərir və özlərinə inam qazanırlar. “Evdə öyrənməni təşviq edən mühit yaratmaq müsbət təsir göstərir. Oxu vərdişləri formalaşdırmaq, ev tapşırıqlarına maraqla yanaşmaq və məktəb hadisələrindən danışmaq vacibdir. Müəllimlərlə davamlı əlaqə və məktəb tədbirlərinə qatılmaq uşaqların məktəbi daha dəyərli görməsinə kömək edir. Kiçik yaşlardan müsbət mühit yaratmaq təhsilə marağı gücləndirir. Belə uşaqlar sinifdə özlərini inamlı aparır və motivasiya qazanırlar. Valideynlərin real gözləntilər qoyması mühümdür. Uşaqlar dəstəkləndiyini hiss etdikdə daha çox səy göstərirlər. Məktəb və ailə əməkdaşlığı şagirdlərin həm akademik, həm də sosial inkişafını dəstəkləyir”,-deyə R.Nəcəfov əlavə edib.

Onun sözlərinə görə, uşaqlarda diqqət çatışmazlığı və laqeydlik həm nevroloji, həm də psixoloji amillərlə bağlı ola bilər. Bəzən uşaqlar sakit oturmaqda və diqqəti toplamaqda çətinlik çəkirlər: “Motivasiya zəifliyi və özünəinamın azalması da bu çətinliyi artırır. Valideynlər həm nevroloji xüsusiyyətləri nəzərə almalı, həm də psixoloji dəstək göstərməlidirlər. Müəllimlərlə əməkdaşlıq etmək vacibdir. Tapşırıqları kiçik hissələrə ayırmaq, qısa fasilələr vermək və vizual öyrənmədən istifadə etmək diqqəti artırır. Hərəkət ehtiyacını qarşılamaq, idman və açıq hava fəaliyyətlərinə imkan yaratmaq faydalıdır. Psixoloji tərəfdən uşağın nailiyyətlərini dəyərləndirmək, motivasiya etmək və özünəinamını gücləndirmək önəmlidir. Valideyn yalnız nəticələrə deyil, cəhdlərə də dəyər verməlidir. Uğurlar müsbət rəy və emosional dəstək ilə möhkəmləndirilməlidir. Uşağın ehtiyaclarını müəllimlərə çatdırmaq və əməkdaşlığı ardıcıl aparmaq onun həm öyrənmə, həm də sosial mühitdə uğur qazanmasına kömək edir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026”da ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahlar məlum olub

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib