Muxtar Babayev: Azərbaycanda dağ və dırmanma idmanının inkişafı üçün əlimizdən gələni edirik
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycanda dağ və dırmanma idmanının inkişafı üçün əlimizdən gələni edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Alpinizm Federasiyasının prezidenti Muxtar Babayev Bakıda təşkil edilən idman dırmanması üzrə ölkə çempionatının açılış mərasimində çıxışı zamanı deyib.
O, idmanın gənclərin sağlam həyat tərzi keçirməsinə kömək etdiyini bildirib: “Çempionatda peşəkar və yüksəksəviyyəli idmançılar mübarizə aparırlar. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində idman növləri ölkəmizdə ildən-ilə inkişaf edir. Ölkə çempionatının Zəfər Günü ərəfəsində təşkili xüsusi məqamdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.
Qeyd edək ki, Azərbaycan Alpinizm Federasiyasının, eləcə də Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan yarışa noyabrın 2-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]