Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar respublikada ilk İdman festivalı keçirilib

Naxçıvan, 5 mart, AZƏRTAC

Naxçıvan şəhərində yerləşən “Saat meydanı” turizm istirahət kompleksində 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş İdman festivalı keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, festivalda ölkəmizin tanınmış idmançıları, idman mütəxəssisləri, məşqçi-müəllimlər və rəsmi şəxslər iştirak ediblər. Festival fevral ayının 1-də “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırığa əsasən təşkil edilib.

Əvvəlcə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliklərinin, idman federasiyalarının nümayəndələri və ölkənin tanınmış idmançıları ulu öndərimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsi önünə gül qoyub, Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Festival başlamazdan əvvəl “Saat meydanı” turizm istirahət kompleksində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarının veteran məşqçi-müəllimləri təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə təltif olunublar. Hədiyyələri Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılzadə, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, komitənin baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, Güləş Federasiyasının sədri Azər Zeynalov, Şahmat Federasiyasının sədri Seymur Talıbov, Karate-do Federasiyasının sədri Fazil Ələkbərov təqdim ediblər.

Festivalda muxtar respublikada fəaliyyət göstərən 12 idman federasiyasının, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəblərinin, Naxçıvan Dövlət Universitetinin idman klubu və idman fakültəsinin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur Rayon Ağır Atletika Bölməsi və “Xatun” Bədii Gimnastika İdman Klubunun nailiyyətləri nümayiş etdirilib. Eyni zamanda, federasiyaların idmançılarının hazırladıqları nümunəvi çıxışlar və stendlər də qonaqlar tərəfindən maraqla izlənilib. Qonaqlar Naxçıvanın istedadlı idmançıları ilə söhbət edib, onların fikirlərini dinləyib, gələcək karyeralarında uğurlar arzulayıblar.

Tədbirin rəsmi hissəsində əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

İdman festivalının keçirilməsi münasibətilə bütün qonaqları və tədbir iştirakçılarını salamlayan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “İdman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir”, - deyən dahi öndərin rəhbərliyi ilə ölkəmizdə idmanın inkişafı üçün ardıcıl tədbirlər görülüb. Bu tədbirlərin uğurlu davamının nəticəsidir ki, müstəqil Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz hazırda Avropa və dünya əhəmiyyətli idman yarışlarının keçirildiyi mərkəzə çevrilib.

Azad Cabbarov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında Sərəncamına əsasən hər il martın 5-i ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur. Ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Muxtar respublikada yaradılan şərait gənclərin idmana olan marağını artırıb, istedadlı idmançıların yetişməsi təmin olunub. Müasir idman infrastrukturunun, eləcə də perspektivli idmançıların mövcudluğu muxtar respublikada beynəlxalq, ölkə və muxtar respublika səviyyəli idman yarışlarının keçirilməsinə şərait yaradıb. Muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, Şahmat Mərkəzi, Atıcılıq Mərkəzi, rayon mərkəzlərində şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, stadion və süni örtüklü mini futbol meydançaları, tam orta məktəblərdə müasir idman zalları, olimpiya ağırlıqqaldırma qurğuları və sadə tipli idman avadanlıqları mövcuddur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi də bu sahədə görülən işlərin əhatə dairəsini xeyli genişləndirib. Dövlət Proqramına uyğun olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının birgə təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş İdman festivalı təşkil olunub.

Nazir diqqətə çatdırıb ki, bu festival muxtar respublikada bədən tərbiyəsi və idmanın daha da geniş təbliğ olunmasına imkan yaradacaq, Naxçıvan idmanının təbliği ilə yanaşı, aid nazirliklər və idman federasiyaları arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi və inkişafına mühüm töhfə verəcək.

Sonda Azad Cabbarov İdman festivalını açıq elan edib və iştirakçılara uğurlar arzulayıb.

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idman ictimaiyyətini təbrik edən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxışında vurğulayıb ki, bu il festivalın məhz Naxçıvanda daha təntənəli keçirilməsi təsadüfi deyil. Azərbaycan idmanının böyük himayədarı olan ümummilli liderimiz Heydər Əliyev 90-cı illərdə ölkəmizin çətin günlərində xalqın səsinə səs verərək Naxçıvandan Bakıya gələrək respublikada siyasi sabitliyi təmin edib. Hələ həmin dövrdə problemlərin çoxluğuna baxmayaraq, ulu öndərimiz Heydər Əliyev idman ictimaiyyətinin nümayəndələri ilə görüşərək onların problemləri ilə maraqlanıb. İdmana xüsusi qayğını hələ 1995-ci ildə idmançı və məşqçilərlə görüşdə öz üzərinə götürən Ulu Öndərimiz gözəl ənənənin əsasını qoyub. Bu gün ölkə Prezidenti İlham Əliyev də məhz həmin ənənəni uğurla davam etdirməkdədir. Bu gün əlamətdar gündür. Təkcə ona görə yox ki, hər il martın 5-ni Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edirik. Həm də ona görə ki, düz 25 il bundan öncə məhz bu gün ulu öndərimiz Heydər Əliyev idman ictimaiyyətinin nümayəndələri ilə görüşərək onları dinləyib, dövlətin idmana olan qayğısının əsasını qoyub.

Azad Rəhimov qeyd edib ki, Azərbaycan idmanının ilbəil inkişafı hər birimizi sevindirir. Ulu Öndərimizin idman ictimaiyyəti nümayəndələri ilə ilk görüşündən keçən 25 il ərzində Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, nüfuzlu beynəlxalq yarışlarda 11 min 346 medal qazanıblar. Bunlardan 4081-i qızıl, 3254-ü gümüş və 4008-i isə bürünc olub. Bu müddət ərzində Azərbaycan müstəqil dövlət olaraq 6 Yay Olimpiya Oyunlarında təmsil olunub. Bu oyunlarda 7 idmançımız olimpiya çempionu adını qazanıb. 34 idmançımız isə olimpiya oyunlarının gümüş və bürünc medallarına layiq görülüblər. Bütün bu uğurlar şübhəsiz ki, 25 il öncə Ulu Öndərimizin idmana göstərmiş olduğu xüsusi qayğının nəticəsidir.

Nazir deyib: “Bu il həm də Olimpiya ilidir. İnanıram ki, belə əlamətdar ildə idmançılarımız Tokio Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək idman salnaməmizə növbəti uğurları yazacaqlar”.

Sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Hikmət Hüseynov, Nazim Əliyev, Hüseyn Əliyev “Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi”, Azər Qənbərov “Azərbaycan Respublikasının əməkdar məşqçisi”, Əmrah Nağıyev, Humay Cəfərova “Azərbaycan Respublikasının İdman ustası” fəxri adları, Rasim İsgəndərov, Elvin Əliquliyev və Nizami Bağırov isə “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəxri diplomu” ilə təltif olunublar. Təltifləri Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov təqdim ediblər.

İdman festivalında çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda idmanın inkişafının getdikcə geniş vüsət aldığını, yeni-yeni uğurların əldə olunduğunu bildirib. Vitse-prezident qeyd edib ki, müstəqilliyin bərpasından sonra Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda minlərlə medal qazanıblar. Son illər Azərbaycan mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edir. Bu, Azərbaycanda uğurla reallaşdırılan dövlət idman siyasətinin sayəsində mümkün olub. Beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait var. Bütün bu uğurlar və Azərbaycanda keçirilən tədbirlər ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam ruhda yetişməsinə kömək edir.

Çingiz Hüseynzadə çıxışında Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından, idmançılarımızın cari ildəki uğurlu çıxışlarından danışıb. Bu uğurların Azərbaycan dövlətinin idmana qayğısının təzahürü olduğunu vurğulayan MOK-un vitse-prezidenti deyib ki, bu il idmançılarımızı ciddi sınaq gözləyir. Əsas hədəf Tokio Olimpiadasında uğurla çıxış etməkdir.

Sonda Çingiz Hüseynzadə Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idman ictimaiyyətini təbrik edib.

Sonra tədbirin bədii hissəsinə start verilib.

Əvvəlcə “Naxçıvan idmanının tarixi” mövzusunda film nümayiş etdirilib. Naxçıvan Dövlət Filarmoniyasının, Bakı şəhərindən dəvət olunan müğənnilərin və Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın ifasında rəngarəng musiqilər tamaşaçılarda xoş ovqat yaradıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir