Muxtar respublikada sənaye məhsulu istehsalı artıb
Naxçıvan, 11 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında muxtar respublikada 335 milyon 493 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricini 1,9 faiz üstələyib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sənaye məhsulunun 299 milyon 173 min 600 manatı və ya 89,2 faizi malların, 36 milyon 319 min 400 manatı və ya 10,8 faizi isə xidmətlərin payına düşüb. Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 83,9 faizi emal, 14,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:23]
Hesablama Palatası ADAU-nun fəaliyyətinə dair audit nəticələrini təqdim edib
- 08.06.2026 [14:44]
Culfada Vəkil Bürosu açılıb
- 08.06.2026 [14:13]
Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib
- 08.06.2026 [13:26]
Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib
- 08.06.2026 [10:54]
Lerikin ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenilənir
- 08.06.2026 [10:44]