MUXTAR RESPUBLİKANIN TİKİNTİ TƏŞKİLATLARI ÖTƏN İLİ UĞURLA BAŞA VURMUŞLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ötən il Naxçıvan Muxtar Respublikasında tikintiyə 630 milyard 259 milyon manat sərmayə qoyulmuşdur ki, bu da inişillə müqayisədə 57 faiz çoxdur. Tikinti təşkilatları öz qüvvələri hesabına 461 milyard 200 milyon manatlıq iş görərək, inişilin səviyyəsini 44 faiz üstələmiş, 3 min 614 yerlik 15 yeni məktəb istifadəyə vermişlər.
Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində təhsil ocaqlarının tikintisində fəal iştirak edir. Fondun vəsaiti hesabına Kəngərli rayonunun Xıncab kəndində 144 yerlik məktəb binası tikilmiş, Şaxtaxtlı kəndində 594 yerlik məktəb əsaslı təmir olunmuş, Ordubad rayonunun Biləv kəndində isə 192 yerlik məktəb binası tikilməkdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:22]
İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb
- 09.10.2026 [12:46]
ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb
- 09.10.2026 [12:28]
Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK
- 09.10.2026 [12:07]
Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb
- 09.10.2026 [11:57]