Muzeydə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 30 may, AZƏRTAC
Mayın 30-da Abdulla Şaiqin mənzil-muzeyində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir Nəsimi rayonu 108 nömrəli uşaq bağçasının təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Abdulla Şaiqə həsr edilmiş videoçarx nümayiş olunub. Körpələr geniş, maraqlı və rəngarəng bədii proqramla çıxış edərək Abdulla Şaiqin onlar üçün yazdığı şeirləri, nağılları, ədibin sözlərinə yazılmış mahnıları bədii zövq və məharətlə ifa ediblər.