Muzeydə “Xocalı səsləyir bizi” mövzusunda tədbir keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövləti Muzeyində Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş “Xocalı səsləyir bizi” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi erməni daşnaklarının xalqımıza qarşı törətdikləri soyqırımın mahiyyətini böyüməkdə olan gənc nəslə çatdırmaqdan ibarət olmuşdur.
Əvvəlcə Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Bildirilmişdir ki, Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər müqayisə edilməzdir. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoymuşlar.
Bakı şəhər 7 nömrəli orta, Bülbül adına orta ixtisas musiqi məktəblərinin şagirdləri musiqili kompozisiya təqdim etmişlər.
Tədbirdə, həmçinin 48 nömrəli Füzuli məcburi köçkün , 49, 162 nömrəli məktəblərin şagirdləri, Bakı Slavyan Universitetinin tələbələri fəal iştirak etmişlər.
Sonda Şamil Nəcəfzadənin “Qala”, Vahid Mustafayevin “Xoca” filmləri nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]