“N” HƏRBİ HİSSƏSİNDƏ GÖRÜŞ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakmiyyətinin başçısı Süleyman Mikayılov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının “N” hərbi hissəsinin əsgər və zabitləri ilə görüşmüş, əsgərlər üçün yaradılan şəraitlə tanış olmuşdur.
Sonra əsgər və zabitlər qarşısında çıxış edərək, Ali baş komandan, Prezident İlham Əliyevin ordu quruculuğuna, hərbi qulluqçulara göstərdiyi diqqət və qayğıdan danışmış, hərbçiləri Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə təbrik etmişdir.
Hərbi hissəyə icra hakimiyyəti adından kompyuter dəsti hədiyyə olunmuşdur.