Azərbaycan Dövlət İnformasiya Agentliyi

NABUKKO ƏMƏKDAŞLIĞA DƏVƏT EDİR

Bu yaxınlarda Rusiya ilə Ukrayna arasında baş vermiş “qaz müharibəsi” nəticəsində Rusiyadan Mərkəzi və Cənub-Şərqi Avropaya qaz satışının bir neçə həftə dayandırılması, bununla da Aİ ölkələrinə təqribən 2-3 milyard dollar dəyərində iqtisadi zərər vurulması Avropanın enerji təhlükəsizliyi haqqında, o cümlədən Nabukko layihəsini həyata keçirməyin zəruri olması barədə diskussiyanı xeyli fəallaşdırmışdır.

Layihənin iştirakçısı olan beş ölkənin hökumətlərinin, habelə Nabukko transmilli konsorsiumuna daxil olan altı qaz və neft-qaz şirkətinin (OMV (Avstriya), MOL (Macarıstan), “Bulgarqaz” (Bolqarıstan), “Transqaz” (Rumıniya), BOTAŞ (Türkiyə) və RWE (Almaniya)) yüksək səviyyəli nümayəndə heyətlərinin Budapeştdə keçirilmiş enerji sammiti bu “müharibəyə” yekun vurmuş, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yönəlmiş prioritetləri müəyyənləşdirmişdir. Fransanın “Qaz de Frans” şirkəti də konsorsiuma qoşulmaq niyyətində olduğunu bildirmişdir.

Sammitin işində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etmişdir.

Qeyd etmək lazımdır ki, bir sıra ekspertlər bu qaz layihəsinin həyata keçirilməsi perspektivlərinə çox şübhə ilə yanaşırdılar. İndiki halda rusiyalı analitiklərin də bəziləri müəyyən səbəblər üzündən həmin layihənin əleyhinədirlər. Lakin yaxın keçmişdə kifayət qədər sanballı hesab edilən əks dəlillər indi öz aktuallığını itirmişdir, çünki dəyişmiş reallıqlar məsələnin mahiyyətinə ciddi düzəlişlər etmişdir. “Soyuq müharibə” dövrünə xas olan “kim bizimlə deyilsə, o, bizim əleyhimizədir” prinsipi indi artıq yaramır. Dünya çox dəyişib və yəqin ki, bu dəyişiklik uzunmüddətlidir. Əvvəllər mövcud olan stereotiplərdən xeyli uzaqlaşmış Avropa ona əl uzadanların hamısı ilə əməkdaşlıq etmək istəyir. Avropa öz yerində, hətta əvvəllər İranın bu layihədə iştirak etməsi fikrini yaxın buraxmayan ABŞ da indi öz mövqeyinə yenidən nəzər salmağa meyillidir.

Rusiya da istəsə, Nabukko layihəsində iştirak edə bilər. Hər halda, bu layihə Rusiya qazının satışı üçün təhlükə mənbəyi olmayacaq. “Şimal axını” layihəsinin reallaşması da hələ tam aydın deyil, çünki Rusiyadan Avropaya qaz kəmərinin Estoniya, Latviya, Litva və Polşa ərazisindən çəkilməsini nəzərdə tutan “Amber” layihəsində israrlı olan Polşa, habelə ekoloji mülahizələri əsas tutan Norveç “Şimal axını”nın əleyhinədir. “Nezavisimaya qazeta”nın yazdığı kimi, hətta Avropa İttifaqını qaz kəmərlərinin çəkilməsi barədə Avropanın üç layihəsinin hamısını dəstəkləməyə çağırmış Almaniya kansleri Angela Merkel də “Şimal axını” layihəsinin əleyhdarlarını öz mövqelərindən döndərə bilməmişdir.

Nabukko layihəsinə gəldikdə isə, həmin Budapeşt sammitində Çexiyanın Baş naziri Mirek Topolanekin dediyi kimi, layihə Rusiyaya qarşı yönəlməmişdir. Elə Rusiya rəsmiləri də bildirmişlər ki, onlar ümumiyyətlə bu layihənin əleyhinə deyillər. Bununla əlaqədar, qeyd etmək lazımdır ki, Avropa “Cənub axını” layihəsinin reallaşdırılması imkanını da nəzərdən keçirir.

Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski hesab edir ki, Rusiya çox mühüm tərəfdaşdır, yaxın qonşumuz olan bu ölkənin çox böyük potensialı, zəngin enerji ehtiyatları var. Lakin bu yaxınlarda baş vermiş qaz böhranından avropalıların aldığı ibrət dərsi göstərir ki, gələcəkdə özlərinin təhlükəsizliyini təmin etmək üçün dünyanın başqa regionlarından, məsələn Azərbaycandan və Türkmənistandan neft və qaz almaq məsləhətdir. Səfir demişdir: “Mən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin işini müşahidə edirəm və bilirəm ki, Azərbaycanın öz öhdəliklərini yerinə yetirmədiyini göstərən heç bir problem olmamışdır. Əksinə, Azərbaycan bütün başqa ölkələrlə və şirkətlərlə imzalanmış müqavilələri yerinə yetirir, bununla da çox yaxşı nümunə göstərir”.

Qlobal enerji layihələri, boru kəmərləri şəbəkəsinin yaradılması, habelə potensial enerji ehtiyatları sayəsində Azərbaycan tranzit ölkədən neft və qaz ixrac edən, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevrilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev Budapeşt sammitində demişdir: “Azərbaycanın nəhəng qaz ehtiyatlarını nəzərə alsaq, - minimum hesablamalara görə, onun həcmi 2 trilyon kubmetr səviyyəsindədir, - bu sərvətimiz gələn onilliklər, yüz il ərzində bizim üçün kifayət edəcəkdir... Bizim enerji siyasətimiz və fəlsəfəmiz ondan ibarətdir ki, enerji məsələləri xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji məsələləri siyasi təzyiq və şantaj aləti kimi istifadə edilməli deyildir. Bizim siyasətimiz, təcrübəmiz və Azərbaycan tərəfindən atılmış praktik addımlar, - əminəm ki, istehlakçılarımız və tranzit ölkələr bunu etiraf edə bilər, - göstərir ki, tərəfdaşlığa və dərhal maliyyə nəticələrinə yönəlmiş siyasət bir çox uğurlar gətirəcəkdir”.

Prezident bu layihənin irəlilədilməsi üçün nə mümkündürsə ediləcəyinə söz vermişdir.

Boru kəmərini doldurmaq üçün zəruri olan qazın miqdarı məsələsinə gəldikdə, opponentlərimizi kədərləndirməli olacağıq: bu problemi həll etmək üçün Türkmənistanın və Azərbaycanın qaz ehtiyatları kifayət qədərdir, bundan əlavə, İran və Misir də layihədə iştirak etmək istədiyini bildirmişdir. Yəqin ki, İraq da bu fikrə şərik olacaqdır. Bizə belə gəlir ki, layihənin maliyyələşdirilməsi ilə bağlı problemlər də olmayacaq, çünki Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Tomas Mirounun sözlərinə görə, “AYİB Nabukko qaz kəmərinin tikintisi layihəsinin maliyyələşdirilməsi imkanını nəzərdən keçirməyə hazırdır”. Avropa İnvestisiya Bankı da bu layihə üçün kredit ayıracaqdır. Avropa Komissiyasının sədri Joze Manuel Barrozu da layihəni dəstəkləmək arzusunda olduğunu bildirmişdir. Budapeşt sammitinin ilkin yekunları belədir.

Tamilla Nuriyeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir