Nantdakı “Qarabağ” məktəbinin şagirdlərinə Oxçuçayın çirkləndirilməsindən danışılıb
Bakı, 5 iyul, AZƏRTAC
Fransanın Nant şəhərində fəaliyyət göstərən "Qarabağ" Azərbaycan həftəsonu məktəbində Oxçuçayın çirkləndirilməsi mövzusunda dərs keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, dərs zamanı şagirdlərə ekoloji fəlakətlərin yaranma səbəblərindən, ətraf mühitin qorunmasının zəruriliyindən danışılıb. Sonra şagirdlərə Zəngilan rayonunun ərazisindən keçərək Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən çirkləndirilməsi barədə geniş məlumat verilib. Belə ekoloji cinayətlərin təbiətə hansı ziyanlar vurması, insanların sağlamlığı, təbiətin harmonik tarazlığı üçün yaratdığı təhlükələr haqqında konkret faktlar sadalanıb.
Şagirdlər Fransa ictimaiyyətinə müraciət edərək onu Oxçuçay fəlakətinə göz yummamağa və ətraf mühitin qorunması üçün zəruri addımlar atmağa çağırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [21:39]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [20:11]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:01]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [19:59]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [18:42]