Naomi Osaka Qadın Tennisçilər Assosiasiyasının reytinqində birinci yerə yüksəlib
Bakı, 28 yanvar, AZƏRTAC
Yaponiyalı tennisçi Naomi Osaka Qadın Tennisçilər Assosiasiyasının (WTA) reytinqində birinci yerə yüksəlib.
AZƏRTAC xəbər verir ki, Naomi bu nailiyyətə “Australian Open-2019” turnirində qalibiyyətdən sonra nail olub. O, finalda çexiyalı Petra Kvitovanı məğlub edərək (7:6, 5:7, 6:4) 7030 xalla liderliyi əla alıb. Osaka “Böyük dəbilqə” seriyasında ardıcıl ikinci dəfə qalib gəlib. O, 2018-ci ildə “US Open” turnirinin qalibi olub. Həmin turnirdə Naomi Serena Vilyamsı məğlub edib (6:2, 6:4).
İyirmi bir yaşlı Naomi Osakanın “Australian Open” turnirində ən yaxşı göstəricisi 2018-ci ildə dörddəbir final mərhələsinə çıxması olub. Osaka həmçinin WTA-nın reytinqinə başçılıq edən ilk yaponiyalı tennisçi olub.
WTA-nın yeni reytinqi aşağıdakı kimidir:
1. Naomi Osaka (Yaponiya) - 7030 xal
2. Petra Kvitova (Çexiya) - 6290 xal
3. Simona Halep (Rumıniya) - 5582 xal
4. Sloan Stivens (ABŞ) - 5307 xal
5. Karolina Plişkova (Çexiya) - 5100 xal
6. Angelik Kerber (Almaniya) - 4965 xal
7. Elina Svitolina (Ukrayna) - 4940 xal
8. Kiki Bertens (Niderland) - 4430 xal
9. Karolin Voznyatski (Danimarka) - 3566 xal
10. Arina Sobolenko (Belarus) - 3485 xal.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]