“Naqilsiz rabitə texnologiyaları” dərsliyi nəşr olunmuşdur
Bakı, 6 noyabr (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini, texnika elmləri üzrə fəlsəfə doktoru İltimas Məmmədov, Azərbaycan Texniki Universitetinin kommutasiya sistemləri və poçt rabitəsi kafedrasının müdiri, dosent Elçin Gözəlov və dosent Əhməd Məmmədovun birgə hazırladıqları “Naqilsiz rabitə texnologiyaları” dərsliyi çapdan çıxmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirmişlər ki, Təhsil Nazirliyinin 2011-ci il 13 iyul tarixli qərarı ilə dərslik kimi təsdiq edilmiş nəşr “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün naqilsiz rabitə texnologiyaları üzrə tərtib olunmuşdur. Dərslikdə nitqin kodlaşdırma və radiodalğaların yayılmasının nəzəri əsaslarından başlayaraq, müasir naqilsiz rabitə şəbəkə və sistemlərinin qurulması və iş alqoritmlərinin izahına qədər geniş əhatəli məsələlər öz əksini tapmışdır.
Dərslik, tədqiqat işləri birbaşa və ya dolayı olaraq müasir naqilsiz rabitə şəbəkə və sistemlərinin qurulması, istismarı və inkişafının müxtəlif aspektləri ilə bağlı olan magistrlər və aspirantlar, həmçinin telekommunikasiya sahəsində fəaliyyət göstərən mühəndis-texniki işçilər və menecerlər üçün faydalı olacaqdır.
Kitabın elmi redaktoru professor A.Həsənovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]