“Nar Mobile” nüfuzlu mükafata layiq görülüb
Bakı, 10 fevral, AZƏRTAC
“Nar Mobile” korporativ sosial məsuliyyət (KSM) strategiyası sayəsində daha bir nailiyyət əldə edib. Bu dəfə mobil operatorun eşitmə qüsurlu insanların cəmiyyətə inteqrasiya edilməsi məsələləri ilə bağlı layihələri Amerikanın Azərbaycandakı Ticarət Palatasının KSM Komitəsinin təsis etdiyi nüfuzlu mükafatlara layiq görülüb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, eşitmə qabiliyyəti məhdud olan vətəndaşların cəmiyyətə inteqrasiya edilməsi “Nar Mobile” mobil operatorunun uzunmüddətli korporativ sosial məsuliyyət strategiyasının bir hissəsidir. Artıq bir neçə ildir ki, bu istiqamətdə mühüm işlər görmüş “Nar Mobile” nitq və eşitmə qüsurlu şəxslərə dəstək olur, onların sosial problemlərinin həllinə yardım edir, müxtəlif təhsil və məşğulluq proqramları işləyib-hazırlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]