“Nar Mobile” yeni kampaniyaya başlayıb
Bakı, 21 yanvar, AZƏRTAC
“Nar Mobile” öz tərəfdaşı olan “Irshad Electronics” ilə birlikdə daha bir kampaniyaya başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Irshad Electronics” mağazalarından “Nar” Sim-kartı ilə təmin edilmiş “FLY Tornado Slim” smartfonu alan hər bir kəs xüsusi güzəştlərdən yararlanır. Belə ki, istifadəçilər “Nar” nömrəsi ilə bərabər aldıqları smartfonun qiymətinin yarıdan çoxunu bonus şəklində geri qazanırlar. Bu məbləğ altı ay müddətində hissə-hissə abunəçinin balansına yüklənir. İki yüz manat dəyərindəki bonus hər ay 33,33 manat olmaqla 6 ay ərzində abunəçiyə təqdim edilir. Bundan başqa, abunəçilər aylıq 250 Mb həcmində İnternet-bonus da əldə edirlər. Bütün bonusları aktivləşdirmək üçün hər ay balansı ən az 5 manat dəyərində artırmaq kifayət edir. Daha ətraflı məlumatı https://www.facebook.com/narmobile?ref=br_tf “Facebook” səhifəsində əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]