NARKOMANLIĞA QARŞI MÜBARİZƏ GÜCLƏNİR
Komissiyanın sədri, rayon icra hakimiyyəti başçısının müavini Rafiq Nərimanov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, şəhərdəki 8 ümumtəhsil məktəbində, Dövlət İdarəetmə və Texnologiya Kollecində, Peşə liseyində “Narkomanlığa qarşı mübarizə hər bir gəncin vətəndaşlıq borcudur”, “Hamı narkotiklər əleyhinə” və başqa mövzularda söhbətlər keçirilmişdir. Bu tədbirlərdə hüquq mühafizə orqanlarının, gənclər və idman idarəsinin işçiləri, təcrübəli həkimlər iştirak etmişlər.
Rayonun bütün əmək kollektivlərində, idarə və müəssisələrində narkomanlığa qarşı tədbirlər həyata keçirilir.