NARKOMANLIĞA VƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ DAVAM EDİR
Həmin dövrdə ayrı-ayrı şəxslərdən 273 kiloqram 542 qram narkotik vasitə, psixotrop maddələr və prekursorlar, o cümlədən 17 kiloqram 185 qram heroin, 30 kiloqram 84 qram tiryək, 22 kiloqram 598 qram həşiş, 195 kiloqrama yaxın marixuana, 11 min 73 həb və 10 ampula psixotrop dərman preparatları, 8 kiloqram 82 qram sirkə anhidridi götürülmüşdür.
Hüquq mühafizə orqanları əsas diqqəti yenə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə, daxilolma mənbələrinin aşkar edilməsinə yönəltmişlər ki, bu da öz müsbət nəticəsini verir.
Cari ilin doqquz ayında bu növ cinayətlər törətdiklərinə görə 1974 şəxs, o cümlədən 71 nəfər xarici vətəndaş yaxalanmış və məsuliyyətə cəlb olunmuşdur.
Göstərilən müddətdə yabanı bitmiş və qanunsuz əkilib becərilmiş 510 ton narkotik xassəli bitkilər aşkarlanıb məhv edilmişdir.
Bu dövrdə həmçinin həkimin təyinatı olmadan narkotik vasitələrdən, keyləşdirici və uyuşdurucu maddələrdən istifadə etdikləri üçün 82 şəxs dünyasını dəyişmişdir.