NARKOTİK MADDƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Əzizbəyov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Məmmədov 0,59 qram həşişi 30 min manata satarkən tutulmuşdur. Narkotik vasitəni ona satmış, Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Nadir Xəlilov da yaxalanmışdır.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları Çuxanlı kənd sakini İslam Soltanovdan 2,87 qram heroin və 5,732 qram tiryək götürmüşlər. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları isə Sabirabad rayon sakini Fuad Muxtarovdan 12,5 qram marixuana və 0,5 qram heroin aşkarlamışlar.
Faktlarla bağlı cinayət işi açılmışdır.