Narkotik satan Xudat sakini saxlanılıb VİDEO
Xaçmaz, 11 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) Xudat Polis Bölməsinin əməkdaşları narkotik vasitələri əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən Xudat şəhər sakini Reyhan Mirzəyevanı saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsin üzərinə baxış keçirilən zaman 300 qrama yaxın narkotik vasitə olan heroin və külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.