Narkotikə yox, arzularınıza doğru gedin - Konfrans
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 23-də “Gənclərin Antinarkomaniya” ictimai birliyinin təşkilatçılığı ilə 26 İyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Daxili İşlər Nazirliyinin “Xəzri” sağlamlıq və istirahət mərkəzini konfrans salonunda “Narkotikə yox, arzularına doğru gedin” şüarı altında konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Konfransda ictimai birliyinin sədri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Dini Qurumlar üzrə Dövlət Komitəsinin, Ombudsman aparatının və Qeyri-Hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Təşkil olunmuş görüşdə narkomanlığa və narkotiklərə qarşı mübarizə sahəsində ölkə ərazisində həyata keçirilən tədbirlər barədə geniş məlumatlar verilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.