Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakinində üç kiloqramdan çox heroin aşkarlanıb
Bakı, 21 dekabr, AZƏRTAC
Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Abdullayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 3 kiloqram 510 qram heroin və 495 qram tiryək aşkarlanaraq götürülüb.