İQTİSADİYYAT
NASA Azərbaycanın ilk kosmik startapını dəstəkləməyə hazırdır
![](/files/galleryphoto/2023/3/1200x630/16965016696049346386_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16965016696273585_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16965016694353914360_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16965016692047352945_1200x630.jpg)
Bakı, 5 oktyabr, AZƏRTAC
“74-cü Beynəlxalq Astronavtika Sərgisində öz ideyamız - “Ayda virtual səyahət” ilə təmsil olunuruq. Biz bu layihəni Azərbaycanın ilk kosmik startapı adlandıra bilərik. Layihəmiz bir sıra ölkələrin bu tip avadanlıqlarını geridə qoyub. NASA-nın nümayəndələri bu startapı dəstəkləməyə hazır olduqlarını bildiriblər. Bizim üçün çox qürurvericidir ki, 31 azərbaycanlı tərəfindən hazırlanmış məhsul burada xarici qonaqlara təqdim olunur”.
Bunu AZƏRTAC-a müsahibəsində 74-cü Beynəlxalq Astronavtika Sərgisində təmsil olunan Azərbaycanın “BirAiny” şirkətinin təsisçisi və rəhbəri Fuad Tağıyev deyib.
O bildirib ki, startap layihəsinin xüsusi avadanlığına qalxaraq Ay üzərində uçuş həyata keçirmək olur:
“Yəni, avadanlıq vasitəsilə aşağı bir qravitasiya ilə düşmə simulyasiyası yaşayırlar. VR - gözlüklə onlar Ayın səthində xarıbülbülləri görürlər. Həmçinin Yer kürəsinin üzərində Azərbaycanın xəritəsini, Zəngəzur dəhlizini görmək olur. Bütün bunlardan sərgi iştirakçıları istifadə edərək Ayda uçuşun simulyasiyasını yaşayırlar”.