Natalya İsayeva: “Exit-poll”un nəticələri göstərir ki, Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Sosioloji Tədqiqatlar Mərkəzi ümumilikdə 75 seçki dairəsi üzrə 750 seçki məntəqəsində “exit-poll” keçirib. Nəticələr göstərir ki, Yeni Azərbaycan Partiyası (YAP) inamlı qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, bu fikri növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı sentyabrın 1-də keçirilən mətbuat konfransında Sosioloji Tədqiqatlar Mərkəzinin direktoru Natalya İsayeva səsləndirib. O bildirib ki, YAP-ın namizədləri “exit-poll” keçirilən 45 dairədə, yəni 60 faizində ən çox səs toplayıblar.
Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Seçkilərdə 990 deputatlığa namizəd mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]