“National Geographic Learning”in baş direktoru “Yeni çağırışlar”da
Bakı, 16 avqust, AZƏRTAC
Avqustun 23-də “Yeni çağırışlar” müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqramın budəfəki buraxılışında “National Geographic Learning” Qlobal Tərəfdaşlıq Qrupunun baş direktoru Erik Qundersen qonaq olacaq. Onunla yaşıl təhsil barədə danışılacaq.
Proqram Elm və Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.
Erik Qundersen Portuqaliyanın Lissabon şəhərindəki Amerika Dil İnstitutunda və Berkli Kaliforniya Universitetində müəllim işləyib. O, həmçinin bir sıra ölkələrin təhsil nazirlikləri üçün uğurlu layihələr həyata keçirib.
“National Geographic Learning” qlobal tərəfdaşlıq qrupu 133 ölkədə 90 milyondan çox insana xidmət göstərir. Qrupun məqsədi orijinal tədris materialları vasitəsilə şagird və tələbələri bilik və bacarıqlarla təmin etmək, onları gələcəyin liderləri olaraq hazırlamaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:53]
İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur
- 15.10.2026 [11:16]
Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium
- 15.10.2026 [10:59]
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib
- 15.10.2026 [10:59]
AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub
- 15.10.2026 [10:47]
ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib
- 15.10.2026 [10:32]
AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
- 14.10.2026 [19:41]
YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [22:04]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [22:02]