Azərbaycan Dövlət İnformasiya Agentliyi

Natiq Məmmədli: “Sərhədsiz Reportyorlar” Azərbaycanın səsini eşitmək istəmir

Natiq Məmmədli: “Sərhədsiz Reportyorlar” Azərbaycanın səsini eşitmək istəmir

Bakı, 12 avqust, AZƏRTAC

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən Azərbaycanda senzuranın ləğv edilməsindən 24 il keçir. Media ekspertləri bu qərarın tarixi əhəmiyyət daşıdığını və ölkədə ifadə azadlığının güclənməsinə ciddi təkan verdiyini bildirirlər. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli AZƏRTAC-a müsahibəsində dövlətin siyasi iradəsi nəticəsində Azərbaycanda söz və mətbuat azadlığının təmin olunduğunu, lakin bir çox qeyri-hökumət təşkilatları şəbəkələrinin bu müsbət tendensiyaya bir qayda olaraq qərəzli yanaşdığını söyləyib.

Müsahibəni təqdim edirik.

-Senzuranın ləğvindən sonra Azərbaycan mediasında nə kimi keyfiyyət dəyişiklikləri oldu və ölkədə ifadə azadlığının möhkəmlənməsinə necə təsir göstərdi?

- 147 illik bir tarixi irsə istinad edən Azərbaycan mediası Cümhuriyyət dövrünü çıxmaq şərti ilə çar və sovet imperiyalarının dözülməz senzuraları şəraitində fəaliyyət göstərməyə, öz maarifçilik missiyasını yerinə yetirməyə çalışıb. Ulu Öndərimizin Fərmanı ilə 1998-ci il avqustun 6-da Nazirlər Kabineti nəzdində mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarənin ləğv edilməsi ilə uzun illər plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran əsas süni maneə aradan qaldırılmış oldu. Hələ bu tarixi qərardan əvvəl 1995-ci ildə qəbul olunmuş Konstitusiyamıza görə, mediada senzuranın yolverilməzliyi dövlətin əsas prinsiplərindəndir. Əsas Qanunun 47-ci maddəsində göstərilir ki, hər kəsin fikir və söz azadlığı vardır, 50-ci maddə isə hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığını təsbit edir. Bir sözlə senzuranın ləğvi bütövlükdə ictimai rəydə məzmun dəyişikliyi yaratdı. Mediaya yanaşmada dövlətin bu siyasi xəttinin fəlsəfəsi “Media haqqında” Qanunun da ruhunda əks olunub. Belə ki, qanunun “Media azadlığı” adlı 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında media azaddır. Media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır. Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. “Jurnalist fəaliyyətinin təminatı” adlı 6-cı maddəsinə görə isə jurnalistlər müstəqillik, öz mənafelərini təmsil edən təşkilatlarda birləşmək, peşə borclarını yerinə yetirərkən şəxsi toxunulmazlıq, şərəf və ləyaqətlərini müdafiə etmək hüquqlarına malikdirlər. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir. Təəssüflər olsun ki, dünyada ifadə azadlığının vəziyyətini qiymətləndirmək kimi kifayət qədər geniş və ciddi missiyanı öz üzərinə götürdüyünü iddia edən xarici QHT-lər, həmçinin onların informasiya qaynağı funksiyasını yerinə yetirən ölkəmizin daxilində və xaricində yalnız neqativ axtarmağı özünə peşə seçmiş “ekspertlər” dövlətin atdığı addımların pozitiv tərəflərini görməzdən gəlirlər. Ölkəmizin informasiya mühitinə belə tendensiyalı münasibəti Ümumdünya Mətbuat Azadlığı İndeksi müəyyənləşdirmək kimi gurultulu missiya yerinə yetirən “Sərhədsiz Reportyorlar” adlı təşkilatın fəaliyyətində görə bilərik.

-Sizin fikrinizcə, “Sərhədsiz Reportyorlar”ın Azərbaycana münasibətdə ənənə halını almış qərəzli münasibətinin kökündə nə dayanır?

-İnsan hüquqları və söz azadlığı istiqamətində fəaliyyət göstərməsinə baxmayaraq, belə tipli QHT-lər ayrı-ayrı dövlətlərin siyasi maraqlarından çıxış edən peyk təşkilatlardır və bunu öz yanaşmaları ilə dəfələrlə sübut ediblər.

Bu təşkilatın qərəzli münasibəti təkcə Azərbaycana qarşı, eyni zamanda, Türkiyə və bütün türk-müsəlman ölkələrinə qarşı yönəlib. Məsələn, ötən il iyunun 4-də Azərbaycanın iki jurnalisti öz peşə fəaliyyətini yerinə yetirərkən həyatını itirib. Söhbət Kəlbəcər rayonunda baş vermiş hadisədən gedir. Jurnalistlər Sirac və Məhərrəm qardaşımız şəhid olub. “Sərhədsiz Reportyorlar” hətta bu hadisəyə belə tendensiyalı yanaşıb. Onlar öz bəyanatlarında göstərib ki, Azərbaycan Respublikası ərazisində iki jurnalist qətlə yetirilib. Biz Medianın İnkişafı Agentliyi olaraq Azərbaycan jurnalistləri adından buna etiraz bəyanatı bildirdik ki, hadisənin səbəbini göstərmək lazımdır. Lakin “Sərhədsiz Reportyorlar” bizim səsimizi eşitmədi və ya bizim səsimizi eşitmək onlara sərf etmədi.

Digər tərəfdən, dəfələrlə qeyd etdiyimiz kimi, “Sərhədsiz Reportyorlar”ın Ümumdünya Mətbuat Azadlığı İndeksinin hazırlanması ilə bağlı irəli sürdüyü metodika ilə razılaşmır və bunu ədalətli hesab etmirik. Heç kimə açıqlanmayan və yalnız təşkilatın özünə məlum olan “123 prinsip” əsasında anonimliyi israrla qorunan "sehrli" ekspertlərin rəyi nəticəsində dünyada mətbuat azadlığının indeksini müəyyənləşdirmək nə dərəcədə real və inandırıcıdır?

- “Sərhədsiz Reportyorlar”ın və bu qəbildən olan təşkilatların mövqeyində hər hansı dəyişiklik gözləmək olarmı?

- Bütün bunlara baxmayaraq, biz dialoq tərəfdarıyıq və istəyirik ki, ölkəmiz haqqında rəy bildirilərkən rəsmi mövqeyimiz və Azərbaycan jurnalistlərinin münasibəti də nəzərə alınsın. Hələ də cavabsız qalmasına baxmayaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına məktub ünvanlayıb. Məktubda Təşkilatın 2022-ci il Dünya Mətbuat Azadlığı İndeksinə münasibət bildirilərək, demokratik cəmiyyətin mühüm komponentlərindən biri olan media və ifadə azadlığının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklərə uyğun olaraq tam təmin edildiyi, medianın inkişafının dövlətin prioritet fəaliyyət istiqaməti olduğu vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı əsasında Medianın İnkişafı Agentliyinin yaradılması, media islahatlarının dərinləşdirilməsi, özəl sektoru media ilə əməkdaşlığa cəlb edən böyük layihələrin reallaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi qeyd edilərək, müvafiq beynəlxalq reytinqlər tərtib edilərkən bu müsbət təşəbbüslərin nəzərə alınmamasından təəssüf hissi keçirildiyi bildirilib. Qeyd olunub ki, 2021-ci ildə “Sərhədsiz Reportyorlar” Təşkilatının rəsmi veb-saytında xidməti vəzifələrini yerinə yetirərkən ermənilərin Kəlbəcər rayonunda basdırdıqları minaya düşərək həlak olan jurnalistlərlə bağlı məlumatın təhrif edilərək təqdim edilməsi, faciənin əsl səbəbi və mahiyyətinin açıqlanmaması, həmin məlumatın qərəzli olaraq Azərbaycanın əleyhinə istifadə edilməsinə imkan yaratmış və əsassız yanaşmaların formalaşması ilə nəticələnmişdir.

2022-ci il Dünya Mətbuat Azadlığı İndeksi ilə əlaqədar təşkilatın Azərbaycanın yeni reytinqini əsaslandırmaq üçün irəli sürdüyü arqumentlər tutarlı əsaslara söykənmir və müvafiq indeks Azərbaycanda media azadlığının vəziyyəti ilə bağlı obyektiv reallığı əks etdirmir. Məktubumuzda bir daha qeyd edilir ki, Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatı, eləcə də media sahəsində fəaliyyət göstərən digər təşkilatlarla dialoqa hazırdır. Lakin bizim dialoq təşəbbüslərimiz cavabsız qalıb. Bu illər ərzində “Sərhədsiz Reportyorlar”ın siyasətini müəyyən edən fiqurlar və amillərin heç biri dəyişməyib. Yerli media ekspertlərimiz doğru qənaətə gəliblər ki, ənənəvi olaraq anti-Azərbaycan mövqeyi sərgiləyən şəxslər bu təşkilatın Azərbaycan üzrə təmsilçiləri və tərəfdaşlarıdır. Donorları qarşısında özünü lazımlı göstərmək istəyən bu kimi QHT-lər fikir, söz, ifadə və media azadlığının əsl mahiyyətini təhrif etməklə, bu azadlıqları müxtəlif subyektlərin mənafelərindən çıxış edərək spekulyasiya hədəfinə çevirirlər.

- Azərbaycana qarşı tendensiyalı münasibət yalnız “Sərhədsiz Reportyorlar” üçün xarakterikdir? Eyni profilli digər QHT-lərin yanaşma tərzini necə qiymətləndirirsiniz?

- “Freedom House” təşkilatının Avropa və Avrasiya proqramlarının direktoru Mark Behrendt iddia edir ki, jurnalist “bilərəkdən hökuməti qəzəbləndirirsə, biz onları qorumalıyıq və onlara fövqəladə maddi yardım göstərməliyik”. Məhz bu yanaşma “Freedom House”un əsl mahiyyətinin göstəricisidir və ifadə azadlığı, ictimai maraqlardan çıxış etməli olan jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Dəfələrlə dövlət suverenliyi və ərazi bütövlüyümüzə hörmətsizlik göstərərək öz reytinq cədvəllərində Qarabağın dağlıq hissəsini “müstəqil ərazi” adlandıraraq “qismən azad ölkələr” kateqoriyasında göstərmiş “Freedom House” Azərbaycan ictimai rəyində öz etibarını çoxdan itirib. Və yaxud Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said açıq şəkildə xarici media qurumlarını Azərbaycanda keçirilən beynəlxalq tədbirləri işıqlandırmamağa səsləyirlər. Bu, müstəqil ölkəyə qarşı təhdidkar davranış deyilmi? Bu, artıq qəbuledilməzdir ki, Jurnalistləri Müdafiə Komitəsi adlı qurum jurnalistlərin informasiya almaq, məlumat toplamaq hüququnu məhdudlaşdırmaq məqsədi ilə çağırış edir.

- Mövcud şəraitdə Azərbaycan mediasının üzərinə hansı məsuliyyət düşür və çıxış yolunu nədə görürsünüz?

- Azərbaycan mediası qlobal informasiya məkanın tərkib hissəsidir və dövlətin informasiya siyasəti də bu mühüm faktoru, habelə müasir çağırışları nəzərə alaraq formalaşdırılır. İstər Media Agentliyi çərçivəsində, istərsə də müxtəlif media subyektlərimiz səviyyəsində mövcud olan ikitərəfli və çoxtərəfli əməkdaşlıq modellərimiz kifayət qədər effektivdir. Bu il Milli Mətbuat Günündə Şuşa şəhərində keçirilən Beynəlxalq Media Forumda 20-yə yaxın ölkədən xarici media nümayəndələri və ekspertlər, beynəlxalq media təşkilatlarının təmsilçiləri qatıldılar və dünyanın müasir media mühitinin bütün qlobal trendləri müzakirə olundu. Ən mühüm tarixi əhəmiyyət daşıyan hadisə isə cənab Prezidentin Azərbaycan jurnalistlərinə müraciəti oldu. Dövlətimizin başçısının özündə mediaya yönəlik konseptual fikirlər ehtiva olunan müraciətində qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdlərini doğuran səbəblər və çıxış yolları ilə barədə tövsiyələrini diqqətlə təhlil etdik. Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətə çevrildiyi üçün müxtəlif səviyyələrdə dezinformasiya savaşının hədəfinə çevrilmişik. Çıxış yolu isə Azərbaycan mediasının güclü olması, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılmasında, milli maraqlarımızın müdafiəsində sayıqlığımızı və fəallığımızı artırmaqdır. Cənab Prezidentin sözlərinə istinad etsək, “vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib