Azərbaycan Dövlət İnformasiya Agentliyi

Natiqlik sənətinin Heydər Əliyev zirvəsi

Natiqlik sənətinin Heydər Əliyev zirvəsi

Bakı, 13 noyabr, AZƏRTAC

Natiqlik sənətinin tarixinin min illər öncəyə, antik dövrə, Siseron və digər mütəfəkkirlərə dayandığı məlumdur. Bu, unikal bir sənət, ilahi vergi kimi təkcə şəxsiyyətin deyil, bütöv bir xalqın, onun dilinin və milli kimliyinin inşasında vacib element kimi ortaya çıxır. Məqalə müəllifinin müvafiq olaraq 2007 və 2014-cü illərdə işıq üzü görən “Nitq mədəniyyəti” kitablarında da qeyd olunduğu kimi, böyük şəxsiyyətlər, xüsusilə siyasətçi və diplomatlar, dövlət başçıları, xalqı öz ardınca aparan liderlər üçün natiqlik olduqca vacib keyfiyyətdir (Eynəddin Məmmədov, A.Həsənova. Nitq mədəniyyəti, Bakı, 2014. 152 s.) . Bu baxımdan dünyaşöhrətli siyasi xadim, böyük cəsarət və siyasi iradə, fenomenal yaddaş sahibi, səlis və axıcı nitqi ilə könülləri fəth etmiş Ulu Öndər Heydər Əliyevin natiqlik məharəti xüsusilə diqqətəlayiqdir. Ümummilli Liderin idarəçilik fəlsəfəsi və irsinin öyrənilməsinin yolu həm də onun yüzlərlə cild kitablara sığmayan böyük nitq külliyyatının diqqətlə izlənməsindən keçir.

Bu fikirlər Qərbi Azərbaycan İcması Ağsaqqallar Birliyi sədrinin müavini professor Eynəddin Məmmədovun “Natiqlik sənətinin Heydər Əliyev zirvəsi” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir: “Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik fikri və idarəetmə təfəkkürünün təcrübə müstəvisinə keçməsində əvəzsiz rolu olan lider kimi yer almaqla bərabər, nitq mədəniyyətimizin nadir nümunələrini yaratmış şəxsiyyət kimi qalmışdır.

Onun natiqlik məharəti özündə bir sıra vacib elementləri birləşdirir. Sistemli, ardıcıl, məntiqli və axıcı məzmunu ilə qətiyyətli və inandırıcı xarakter daşıyan Heydər Əliyev nitqi, həm də ana dilimizin zəngin ədəbi-bədii xüsusiyyətlərini özündə ehtiva edirdi. Uzun illər SSRİ kimi qlobal aktorun rusdilli rəhbər strukturlarında fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan dilinin bütün incəliklərini, məziyyətlərini qoruyub saxlaması və daha da inkişaf etdirməsi onun şəxsiyyətinin ucalığını və bütövlüyünü göstərir.

“Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqının dilini yaşatmaq, inkişaf etdirmək və dünya səviyyəsinə qaldırmaq, xalqın qabaqcıl adamlarının, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur... Xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir... Azərbaycan dili Azərbaycan xalqının milli sərvətidir”, - deyən Ulu Öndər Heydər Əliyev bu fikirləri səsləndirəndə sanki öz tarixi missiyasının tərifini verir, onun konturlarını bəyan edir, ağır keçid dövründə dilimizin rolu və əhəmiyyətinə xüsusi eyham vururdu.

Natiqlik şərəfi

Şəxsi nümunəsində Heydər Əliyev misli-bərabəri olmayan natiqlik istedadı ilə natiqlik sənətinin ən böyük salnamələrindən birini yaratmışdır. Məşhur publisist H.B.Zərdabi “insanın şərəfinin bir dəlili də onun nitqidir” deyirdi. Ümummilli Lider uzunmüddətli siyasi fəaliyyəti dövründə bu şərəfi ən yüksək səviyyədə daşımış və gələcək nəsillərə əvəzsiz miras buraxmışdır.

Məlumdur ki, onun 1993-cü ilin iyun ayında respublika rəhbərliyinə qayıdışı Azərbaycanın tarixində yeni bir dövrün başlanğıcını qoydu. Daxili və xarici siyasətdə haqlı, gərgin mübarizəsi, xalqı birliyə, azadlıq, müstəqillik uğrunda mübarizəyə çağıran məzmunlu çıxışları, bəyanatları, verdiyi müsahibələr böyük şəxsiyyətin xarakterinin geniş kütlələr üçün açılmasına da imkanlar yaratdı.

Heydər Əliyev irsini araşdıran tədqiqatçıların ortaq fikri ondan ibarətdir ki, onun natiqlik məharəti özündə həm Şərq, həm də Qərb natiqlik məktəblərinin elementlərini birləşdirir. Öz məntiqinin ardıcıllığına, inandırıcılığına və nitqinin əzəmətinə görə Azərbaycan nitq mədəniyyətinin tarixində onunla müqayisə ediləcək ikinci bir şəxsiyyət olmamışdır.

Ulu Öndərin təkrarolunmaz natiqliyi onun bir insan kimi fərdi, fitri istedadı, daim öz üzərində işləməsi, ətrafında, dünyada baş verən hadisələrə, onların səbəblərinə, nəticələrinə maraq göstərməsi və diqqətcilliyi, həmçinin dərindən yiyələndiyi ana dilinə məhəbbəti, bu dildən mənəvi zövq duyması, böyük ilham alması ilə bilavasitə bağlı idi. Bununla yanaşı, mənsub olduğu xalqı ürəkdən sevməsi, onun tarixini, mentalitetini, mədəniyyətini dərindən bilməsi və bütün bunların ən mükəmməl səviyyədə daşıyıcısı olması, habelə, mürəkkəb tarixi dövrdə, müstəqil dövlət quruculuğu mərhələsində millət, xalq, milli dövlətçilik üçün hamıdan artıq məsuliyyət duyması, bunun üçün əsaslandırılmış, böyük mübarizəyə girməsi böyük şəxsiyyətin nitqlərində ana xətt kimi keçirdi.

Məsələn, 1993-cü ildə Azərbaycan Milli Məclisindəki ilk tarixi çıxışında, deputatlara və xalqa səslənişində, dövlətə və dövlətçiliyimizə təhlükə yaradan qiyamların yatırılması zamanı xalqa etdiyi müraciətlərində, əcnəbi liderlərlə görüşlərində bəzən emosionallıq, lazım gəldikdə isə müdriklik, təmkin, yüksək diplomatik məziyyətlər göstərməsi milli dövlətçilik qarşısında qeyri-adi məsuliyyətin vəhdətini nümayiş etdirirdi.

Ulu Öndər ana dilində sadəcə danışmır, yalnız fikir və emosiyasını ifadə etmir, o, ana dili ilə yaşayır, bu dildən mənəvi güc, qüvvə, ilham alır. Bu, Heydər Əliyevin dövlət dili ilə bağlı düşüncələrinin sadəcə söz olaraq qalmamasında, Azərbaycan dilinin bütün sahələrdə yayılması üçün əməli addımlar atmasında da özünü göstərirdi. Onun bilavasitə göstərişi, qəbul etdiyi qərarlar və sarsılmaz iradəsi ilə Azərbaycan dili dövlət səviyyəsində milli kimliyin, etnik-siyasi, mənəvi-ideoloji müstəqilliyin əsas elementinə çevrildi.

Əməli fəaliyyət

Heydər Əliyev yuxarıda qeyd edilən şərəfli amal uğrunda sovet hakimiyyəti illərində də böyük mübarizə aparmış, dövlət dilimizin qorunub saxlanılması və istifadəsinə əvəzsiz töhfələr vermişdir. Həmin töhfələrin nəticəsi onun müstəqil Azərbaycana rəhbərlik etdiyi vaxtlarda özünü daha da aydın göstərirdi. Yeni Konstitusiyanın qəbulu, dövlət dilimizin statusunun ən yüksək səviyyədə təsbiti, dilin xüsusi dövlət qayğısı ilə əhatələnməsi bilavasitə onun şəxsi diqqətində idi. Həmçinin bütün dövlət və qeyri-hökumət təşkilatlarında, dövlət dilinin bərqərar edilməsi, latın qrafikalı yeni əlifbaya keçid prosesinin başa çatdırılması məhz onun xidmətləri idi.

Bununla yanaşı, Heydər Əliyevin Fərmanı ilə hər il ölkəmizdə Azərbaycan Əlifbası və Dili Günü qeyd olunmağa başlanmış, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiqlənib. Müstəqillik dövründə ən qısa müddətdə Azərbaycan dilinin hərtərəfli inkişafı, ən yüksək hüquqi statusu alması, diplomatik sahədə tətbiqi, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ulu Öndər tərəfindən əsası qoyulan milli dil siyasətinin bilavasitə nəticəsi olmuşdur.

O, Azərbaycan dilinə töhfəsi olan insanları, alimləri, mədəniyyət və incəsənət xadimlərini qorumaqla, onların fəaliyyətini yüksək qimətləndirməklə də dilimizin inkişafına əvəzsiz xidmət göstərmişdir.

Təsadüfi deyildir ki, Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün onun siyasi məktəbinin varisi və layiqli davamçısı, Prezident İlham Əliyev uğurla və ləyaqətlə davam etdirir. Dövlət başçısının Azərbaycan dili ilə bağlı fərman və sərəncamları dilimizə ən yüksək səviyyədə diqqət və qayğının təzahürüdür.

Prezident İlham Əliyev, dahi şəxsiyyətin natiqlik istedadını da bu gün praktiki şəkildə gəncə nəslə şövqlə təqdim edir. Belə ki, Prezident İlham Əliyevin ən çox nəzərə çarpan və Ulu Öndərdən əxz etdiyi ən mühüm keyfiyyətlərdən biri də, 44 günlük Vətən müharibəsi dövründə hər kəsin diqqətini cəlb edən və yüksək rəğbət qazanan danışıq üslubu, nitq mədəniyyəti və yüksək natiqlik məharəti oldu. Bir neçə dildə mükəmməl, səlis, məntiqli və ardıcıl nitqi, saysız-hesabsız müsahibələri ilə informasiya müharibəsinin də önündə gedən Prezident İlham Əliyev bu cəbhədə də böyük Zəfərin əldə olunmasında müstəsna rol oynadı.

Natiqlik zirvəsi

Tanınmış tədqiqatçıların gəldiyi ümumi qənaət ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyevdə görkəmli natiqlər üçün xarakterik olan bütün əsas əlamətlər cəmlənmişdir: əzəmətli və vüqarlı xarici görkəm; gur, təsirli və ovsunlayıcı səs, həmçinin möhkəm məntiq. Bunların hər hansı sonradan qazanılmır, insana ancaq Allahın mərhəməti ilə verilir.

Natiqlik üçün tələb olunan digər keyfiyyətlər isə insanın özündən, qazandığı təcrübədən, keçdiyi məktəbdən asılıdır. H.Əliyevin keçdiyi böyük ictimai-siyasi təcrübə məktəbi, yüksək mənəvi-mədəni və ideoloji hazırlıq, xalqla, cəmiyyətlə, insanlarla daimi əlaqə, ünsiyyət, idarəçilik istedadı, rəhbərlik məharəti və s. onun bir natiq kimi bu sənətin ən yüksək zirvəsinə yüksəlmək imkanı vermişdir.

Ulu Öndərin natiqlik mədəniyyətinin təhlili bizə bəzi nəticələri təqdim etmək imkanı verir:

1. Hansı mövzuda məruzə və ya çıxış edir, yaxud fikir mübadiləsi aparırsa, fərqi yoxdur, H.Əliyevin həmişə mövzuya dərindən, yüksək professional səviyyədə bələd olduğu ortaya çıxır.

2. Ulu Öndərin çıxışları auditoriyanın marağına, səviyyəsinə, dərketmə imkanına adekvat olur - auditoriya ilə natiq arasında, demək olar ki, hər dəqiqə sıx psixoloji rabitə mövcud olur.

3. Onun nitqində yazı dilinin yorucu təsirindən əsər-əlamət olmur, şifahi danışığın canlılığı hər zaman auditoriyanın ona diqqət kəsilməsinə imkan yaradır. Şifahilik, fıkrin birbaşa ifadəsi, güclü ümumiləşdirmə qabiliyyəti, dərin məntiq, analitik təfəkkür, hadisələrə cari gedişat vaxtında reaksiya vermə istedadı, habelə, cəmiyyətlə ünsiyyətə girmə məharəti və aktiv fikir mübadiləsinə meyillilik H.Əliyevin natiqlik üslubunun əsas elementləridir. Onun əzəmətli, mənalı görkəmi, məzmunlu səsi dinləyicilərdə, onların düşüncələrində dərin iz qoyur. Bu keyfiyyətlər natiqi auditoriya üçün daha anlaşıqlı, daha çox dərk olunan edir.

4. H.Əliyevin nitqini klassik natiqliyin ardıcıllıq, məntiqilik və sistemlilik kimi keyfiyyətləri səciyyələndirir. Onun güclü məntiqi, çıxışının həcmindən asılı olmayaraq, nitqinin məzmunu və ardıcıllığına nəzarət imkanı verir, bütün çıxışlarında ardıcıllıq, məntiqilik və sistemlilik mükəmməl bir şəkildə gözlənilir.

5. H.Əliyev bu və ya digər məsələnin müzakirəsi zamanı həm konkretdən ümumiyə, həm də ümumidən konkretə çox böyük ustalıqla keçir, nitqində müdrik ümumiləşdirmələri çox böyük məharətlə aparır.

6. Onun nitqinin mükəmməlliyi, zənginliyi özünü həm də işlətdiyi müdrik kəlamlarda göstərir. Bu kəlamların hər biri böyük bir əsər gücündədir.

7. Saatlarla ayaq üstə dayanaraq qüsursuz nitq təqdim etməsi, bir fikri təkrar-təkrar istifadə etməməsi, çıxışlarında sinonim zənginliyi və eyni sözləri təkrarlamaması, lakonik cümlə ilə böyük fikirlər ifadə etməsi onu milyonların sevimlisinə çevirən xüsusiyyətlərindən yalnız bir neçəsidir.

Beləliklə, Ulu Öndər Heydər Əliyev zəngin və təmiz ana dili, ideoloji-fəlsəfı kamilliyi, informativ gücü, ictimai-siyasi natiqlik sahəsindəki zəngin təcrübəsi, istedadı ilə bütöv bir məktəb yaratmış, əvəzsiz bir miras qoymuşdur. Onun adı milli düşüncə və təfəkkür tariximizə qızıl hərflərlə həkk olunmuş, ölməzlik qazanmışdır. Heydər Əliyevin bütün sahələrdə misilsiz xidmətləri, xüsusilə natiqlik məktəbi - Azərbaycan xalqının milli sərvəti kimi, ümumtürk və dünya natiqlik sənəti tarixində layiqli yerini tutmuş və tutmaqda davam edəcəkdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər