NATO ölkələri Kiyev üçün silah istehsalı üzrə 10 milyard dollarlıq müqavilə imzalayıb
Bakı, 15 fevral, AZƏRTAC
NATO ölkələri Kiyevə yeni silah-sursat tədarükü üçün 10 milyard dollarlıq müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq bu barədə alyansın müdafiə nazirlərinin iclasına gələrkən bildirib.
“Bu gün Ukrayna-NATO Şurasının iclasında Kiyevə yardım məsələsini müzakirə edəcəyik. NATO ölkələri son aylar silah və sursat istehsalı üzrə razılığa gəlib və bir sıra müqavilələr imzalayıb”, - Yens Stoltenberq belə deyib.
O qeyd edib ki, Kiyevə növbəti silah tədarükü xeyriyyəçilik deyil, NATO-nun təhlükəsizliyinə qoyulan sərmayədir.
“Mən NATO ölkələrinin Kiyevə daha çox yardım etməsini, hava hücumundan müdafiə sistemləri və sursat göndərməsini dəstəkləyirəm. Avropa İttifaqının Ukraynaya dörd il müddətinə 50 milyard avro ayırmaq qərarını alqışlayır və ABŞ Konqresinin Ukraynaya dəstək paketi üzrə razılığa gəlməsini gözləyirəm”, - deyə Alyansın Baş katibi əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]