Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin inzibati binası istifadəyə verilib

Naxçıvan, 26 dekabr, AZƏRTAC

Muxtar respublikada nəqliyyat infrastrukturunun müasir standartlara uyğun qurulması dəmir yolu şəbəkəsinin də təkmilləşməsinə səbəb olub. Son illər həyata keçirilən quruculuq tədbirləri nəticəsində “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin maddi-texniki bazası xeyli gücləndirilib, dəmiryolçular üçün nümunəvi iş şəraiti yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 26-da “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov açılış tədbirində iştirak ediblər.

Tədbirdə çıxış edən “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev bildirib ki, muxtar respublikada aparılan abadlıq-quruculuq işləri “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətini də əhatə edib. Son illər sərnişinlərə nümunəvi xidmət göstərilməsi üçün Naxçıvan, Şərur, Culfa, Şahtaxtı sərnişin vağzalı binaları müasir tələblər səviyyəsində əsaslı təmir olunub. Dəmiryolçulara normal və rahat iş şəraitinin yaradılması məqsədilə Cəmiyyətin inzibati binası, Yük və Sərnişin Daşımaları İdarəsinin, Təhlükəsizlik İdarəsinin inzibati binaları, Şərur, Culfa idarəetmə mərkəzləri, Culfa Lokomotiv Deposu, lokomotiv briqadalarının idarəedilməsi mərkəzi də əsaslı şəkildə yenidən qurulub.

Mahir Əliyev yaradılan şəraitə görə dəmiryolçular adından minnətdarlıq edib.

İnfrastruktur İdarəsinin əməkdaşı, Azərbaycan Respublikasının Əməkdar Mühəndisi İbrahim Bağırov deyib ki, bu gün muxtar respublikada dəmiryolçular üçün hər cür şəraiti olan inzibati binalar, müasir dəmir yolu vağzalları tikilərək istifadəyə verilir. Bu gün istifadəyə verilən bina da muxtar respublikada dəmir yolunun inkişafına göstərilən qayğının daha bir ifadəsidir. İbrahim Bağırov yaradılan şəraitə və göstərilən qayğıya görə Naxçıvan dəmiryolçuları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov çıxış edərək deyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dəmir yolu nəqliyyatının inkişaf strategiyası bu gün ölkəmizdə uğurla həyata keçirilir, dəmir yolu sisteminin müasir tələblər səviyyəsində qurulması diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu istiqamətdə ardıcıl tədbirlər görülür, ölkəmizin dəmir yolu şəbəkəsi yenidən qurulur, bu sahədə müasir texnologiyaların tətbiqi sürətləndirilir. Bu gün Azərbaycan regionda həm də müasir dəmir yolu infrastrukturuna malik olan bir ölkə kimi tanınır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam etdirilir. Layihə çərçivəsində Qars-İqdır-Aralıq-Dilucu-Naxçıvan dəmir yolunun tikintisi üzrə də işlər görülür. Bütün bunlar muxtar respublikada dəmir yolu nəqliyyatının daha da müasirləşdirilməsinə imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Ölkəmizdə ümummilli lider Heydər Əliyevin yoluna sədaqətin əməli işdə olması nəticəsində bütün sahələrdə inkişafa nail olunmuş, Azərbaycan inkişaf edən ölkələrin sırasına qoşulmuşdur. Həyata keçirilən düzgün daxili siyasət bu gün ölkəmizin kompleks inkişafının əsas səbəblərindəndir.

Ali Məclisin Sədri deyib: Azərbaycanda digər sahələrlə yanaşı, dəmir yolu nəqliyyatının inkişafı da diqqət mərkəzindədir. Çünki dəmir yolu vacib nəqliyyat strukturu olmaqla yanaşı, həm də hər bir ölkənin milli sərvətidir. Bu sərvəti qorumaq və inkişaf etdirərək gələcək nəsillərə çatdırmaq isə qarşıda duran əsas vəzifələrdəndir. Ona görə də dəmir yolu nəqliyyatının inkişafına, bu sahənin maddi-texniki bazasının gücləndirilməsinə və müasir tələblər səviyyəsində qurulmasına daim diqqət göstərilir. Bu gün istifadəyə verilən İnfrastruktur İdarəsinin də ölkəmizdə, eləcə də muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Qeyd olunub ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsi 5 təşkilatın bazasında yaradılıb. Bu da idarənin əhatə etdiyi sahələrdə idarəetmənin çevik və rahat təşkilinə, xidmətin düzgün qurulmasına və hadisələrin qarşısının vaxtında alınmasına imkan verəcəkdir. Rahat iş şəraiti hər bir sahədə işin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Həyata keçirilən tədbirlər, istifadəyə verilən yeni inzibati bina 2015-ci ildə İnfrastruktur İdarəsinin əhatə etdiyi sahələrdə dönüşün yaradılmasına və işin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaqdır.

Ali Məclisin Sədri deyib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu il 6 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Proqramı” qəbul edilmişdir. Ötən müddətdə proqramın qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərin icrasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti də “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinə öz köməkliyini göstərmiş, muxtar respublikanın dəmir yolu infrastrukturunun inkişafı məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.

Ali Məclisin Sədri Naxçıvanda dəmir yolunun inkişafına göstərdiyi köməkliyə görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib.

Ali Məclisin Sədri deyib: Naxçıvan bu gün blokada şəraitində yaşayır. Lakin blokadanın yaratdığı çətinliklərə baxmayaraq muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafına xüsusi diqqət yetirilir, bu sahə daim işlək vəziyyətdə saxlanılır. Çünki Naxçıvanın işğalçı ölkə ilə sərhəddə yerləşməsi dəmir yolu nəqliyyatının inkişafını zəruri edir. Bu gün muxtar respublikada daxili yük və sərnişin daşınmalarının həyata keçirilməsində dəmir yolunun imkanlarından geniş istifadə olunur. Digər bir tərəfdən həyata keçirilən bu tədbirlər gələcəkdə reallaşdırılması nəzərdə tutulan Qars-Naxçıvan dəmir yolu xəttinin tikintisinə hazırlıq məqsədi daşıyır. Ona görə də “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin genişləndirilməsi üçün bundan sonra da lazımı tədbirlər görüləcək, muxtar respublikada bu sahə daim diqqət və qayğı ilə əhatə olunacaqdır.

Ali Məclisin Sədri tədbir iştirakçılarını və dəmiryolçuları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə tədbir edib.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov açılışı bildirən lenti kəsib, binada yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, muxtar respublikada müasir dəmir yolu infrastrukturunun yaradılması bu sahədə xidmətin müasir tələblərə uyğun qurulmasını şərtləndirir. İnfrastruktur İdarəsinin inzibati binasının əsaslı şəkildə yenidən qurulması da bu mənada mühüm əhəmiyyət kəsb edir. Üç mərtəbədən ibarət olan binada iş və kompyuter otaqları, 120 yerlik akt zalı və yeməkxana istifadəyə verilib. Binanın interyeri tamamilə yenilənib, otaqların hər biri müasir iş avadanlıqları ilə təmin olunub, video-nəzarət sistemi quraşdırılıb.

Ərazidə maşın-mexanizmlərin təmiri sexi, qaraj və qazanxana binası da inşa edilib. Həmçinin kompleks quruculuq işləri zamanı 54 saylı Naxçıvan Dartı Yarımstansiyasının binası da təmir olunub. Binanın ətrafı da abadlaşdırılıb, 1 hektar meyvə bağı salınıb.

Bina ilə tanışlıqdan sonra “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinə “Naz-Lifan X-60” markalı minik avtomobilinin açarı təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir