Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə müasir angioqrafiya aparatı verilib

Naxçıvan, 8 may, AZƏRTAC

Mayın 8-də Naxçıvan Diaqnostika Müalicə Mərkəzində yeni alınmış angioqrafiya aparatının təqdimatı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək deyib ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Göstərilən qayğının nəticəsidir ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığortanın tətbiqi ilə əlaqədar Sədərək, Şərur və Kəngərli rayon Mərkəzi xəstəxanalarına, Şərur Rayon Uşaq xəstəxanasına yeni avadanlıqlar alınıb. Diaqnostika Müalicə Mərkəzində süni ağciyər - Ekstrakorporal Membran Oksigenasiya aparatı quraşdırılıb, səhiyyə müəssisələrinə yeni təcili yardım avtomobilləri verilib, tibbi sığortanın tətbiqinə hazırlıq işləri ilə əlaqədar bütün rayon və şəhər tibb müəssisələrində proqram təminatının yaradılmasına başlanılıb. “Nəxşicahan Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Doğum Mərkəzinə hamilələrdə döldə və yeni doğulmuşlarda ürək qüsurunun aşkar olunması üçün stasionar exo-kardioqraf aparatı hədiyyə edilib. Bütün bunlar əhalinin müayinə və müalicəsində əsaslı dönüş yaradıb. Hazırda muxtar respublikanın səhiyyə müəssisələrində xəstəliklərin diaqnostik müayinə və müalicəsi üçün ən yeni avadanlıqlar və həmin cihazlarda işləyən ixtisaslı kadrlar mövcuddur. Bu işlərin davamı olaraq Naxçıvan Diaqnostika Müalicə Mərkəzində yeni angioqrafiya aparatı alınaraq quraşdırılıb. Niyazi Novruzov göstərilən qayğıya görə tibb işçiləri və burada müalicə olunanlar adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin angioqrafiya üzrə həkim-kardioloqu Nail Mehbalıyev deyib: Son illər səhiyyə sisteminin yenidən qurulması və dünya standartlarına uyğunlaşdırılması bu xidməti keyfiyyətcə daha da yaxşılaşdırıb, xəstəliklərin profilaktikası və əhalinin sağlamlığının qorunması sahəsində dönüş yaranıb. Ötən ildən publik hüquqi şəxs statusu alan Naxçıvan Diaqnostika Müalicə Mərkəzi bir çox yeniliklərə imza atıb. Artıq bu səhiyyə müəssisəsinin yüksək ixtisaslı həkimləri tərəfindən müstəqil şəkildə xəstələr üzərində açıq ürək, angioqrafiya, laporoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatlar uğurla həyata keçirilir. Bu gün ürək-damar sistemi xəstəliklərinin erkən diaqnostikasında əvəzsiz rolu olan yeni angioqrafiya aparatının istifadəyə verilməsi muxtar respublikada səhiyyənin inkişafına göstərilən qayğının davamıdır. Kollektiv adından minnətdarlıq edən Nail Mehbalıyev bundan sonra da əhalinin sağlamlığı keşiyində duraraq fəaliyyətlərini daha da artıracaqlarını, qarşıya qoyulmuş vəzifələrin, tövsiyə və tapşırıqların icrası üçün qüvvə və bacarıqlarını əsirgəməyəcəklərini bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Azərbaycanda səhiyyənin inkişafı ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu istiqamət üzrə, eləcə də verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq həyata keçirilir. Ulu Öndərimiz deyirdi ki, “Azərbaycanın ən qiymətli sərvəti onun vətəndaşlarıdır”. Ölkə vətəndaşlarının sağlamlıqlarının qorunması isə müasir səhiyyə sisteminin qurulmasından asılıdır. Bu gün Ümummilli Liderimizin səhiyyənin inkişafı ilə bağlı müəyyənləşdirdiyi vəzifələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da ən son tibbi avadanlıqlar quraşdırılmış səhiyyə müəssisələri istifadəyə verilir.

Ali Məclisin Sədri deyib: Naxçıvan Diaqnostika Müalicə Mərkəzi fəaliyyətə başlayarkən alınan angioqrafiya aparatı həmin dövrün tələblərinə cavab verirdi. Lakin bütün sahələr kimi, səhiyyə də inkişaf edir, xəstəliklərin müalicəsində müasir avadanlıqlardan istifadə olunur. Muxtar respublikada da bu amil əsas götürülür, ixtisaslı kadr təminatına və tələbata uyğun yeni tibbi avadanlıqlar alınıb quraşdırılır. Vaxtilə muxtar respublikanın həkim və tibb işçiləri normal şəraiti, avadanlıq və dərman təminatı olmayan səhiyyə müəssisələrində çalışırdılar. Bu gün isə muxtar respublika həkimləri müasir avadanlıqlarla təmin olunmuş səhiyyə müəssisələrində əhaliyə tibbi xidmət göstərirlər. Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikadan kənara xəstə axınının qarşısı alınmışdır.

Ali Məclisin Sədri bu nailiyyətə görə həkim və tibb işçilərinə təşəkkür edərək deyib: Yeni alınmış angioqrafiya aparatı səhiyyənin son nailiyyətlərindəndir. Azərbaycan üzrə ikinci belə aparat muxtar respublikada qurulmuşdur. Naxçıvan Diaqnostika Müalicə Mərkəzindəki mövcud angioqrafiya aparatı isə kardioloji mərkəzə verilmişdir. Bu da həm xəstələrin müalicə üçün digər yerlərə üz tutmamalarına, həm də ixtisaslı həkimlərin yetişməsinə imkan verəcəkdir. Vaxtilə muxtar respublikanın səhiyyə müəssisələrinə yeni tibbi avadanlıqlar alınarkən mütəxəssis çatışmazlığı onlardan istifadəyə imkan vermirdi. Lakin ötən dövrdə səhiyyənin inkişafı ixtisaslı həkimlərin yetişməsinə də səbəb olmuşdur.

“Tibb müəssisəsi qurmaq, yeni avadanlıqlar almaqla yanaşı, ixtisaslı kadrların hazırlanması da səhiyyənin inkişafında əsas məsələdir”, - deyən Ali Məclisin Sədri bildirib ki, muxtar respublikada ixtisaslı tibbi kadrların hazırlanması diqqətdə saxlanılır. Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin yaradılması, fakültə üçün xəstəxananın istifadəyə verilməsi, yeni tədris korpusunun qurulması, Naxçıvan Tibb Kollecinin fəaliyyətinin təmin olunması və həkimlərin xarici ölkələrdə kurslara göndərilməsi tibbi kadrların hazırlanması işinə mühüm töhfə verir. Eyni zamanda, icbari tibbi sığortanın tətbiqi də uğurla aparılır. Artıq muxtar respublikanın üç rayonunda bu işlər həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvan səhiyyəsi inkişaf mərhələsindədir.

Ali Məclisin Sədri muxtar respublikada səhiyyənin inkişafında əməyi olanlara təşəkkür edib, yeni alınmış angioqrafiya aparatına baxıb.

Məlumat verilib ki, Naxçıvan Diaqnostika Müalicə Mərkəzi istifadəyə verilən dövrdə burada “Fillips” markalı angioqraf aparatı quraşdırılmışdı və bu günə kimi həmin aparatla 1500-dən artıq angioqrafiya əməliyyatı yerinə yetirilib. Lakin hazırda texniki göstəriciləri daha yüksək olan çoxfunksiyalı cihazlar mövcuddur. Belə yeni cihazlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə alınaraq Naxçıvan Diaqnostika Müalicə Mərkəzində quraşdırılan Almaniya istehsalı “SİEMENS ARTİS ZEE” markalı döşəmə tipli müasir angioqrafiya aparatıdır. “Nəxşicahan MED” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alınmış və ümumi dəyəri 1 milyon 519 min manat olan aparatın əməliyyat stolunda, eyni zamanda, angio və açıq ürək müdaxiləsi etmək mümkündür.

Yeni cihaz əvvəlkindən fərqli olaraq 3-D proqramlıdır. Haçalanmış damarlara 3-D formatda görüntü altında müdaxilə etmək olur. Xüsusilə böyrək çatışmazlığı və kontrast maddəyə allergiyası olan xəstələrdə az kontrastla müayinə və müdaxilə etmək, beyin damarlarının angioqrafiyası və müdaxiləsi, ürək və periferik damarların angioqrafiyası, invaziv angioqrafiya və istənilən damarlara stent yerləşdirilməsi, müvəqqəti və qalıcı kardiostimulyator yerləşdirilməsi mümkündür. Yeni alınmış cihazda test üçün 6 xəstədə angioqrafiya müdaxiləsi aparılıb, iki xəstəyə stent qoyulub.

Naxçıvan Diaqnostika Müalicə Mərkəzində əvvəllər istifadə olunmuş “Fillips” markalı angioqrafiya cihazı isə təmir edilərək Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzdə quraşdırılıb. Bu günə kimi Kardioloji Mərkəzdə həmin aparatla 30-dan artıq xəstədə əməliyyat aparılıb.

Ali Məclisin Sədri angioqrafiya aparatından səmərəli istifadə olunması, icbari tibbi sığortanın tətbiqi sahəsində işlərin davam etdirilməsi və əhalinin sağlamlığının daim diqqətdə saxlanılması barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub