Azərbaycan Dövlət İnformasiya Agentliyi

NAXÇIVAN MR ALİ MƏCLİSİNİN SƏDRİ VASİF TALIBOVUNÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Ümummilli liderimizin yolu ilə gedən Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bu gün Sizin rəhbərliyinizlə hərtərəfli inkişafa nail olmuşdur. Qəbul etdiyiniz “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, bu inkişaf dinamik xarakter almışdır və hər il artan sürətlə davam edir.

Muxtar Respublikanın inkişafını əks etdirən göstəricilər son iki ildə daha da yaxşılaşmışdır. Təkcə bir faktı qeyd edim ki, cari ilin 11 ayında ümumi daxili məhsul istehsalında, sənaye, tikinti və kənd təsərrüfatında, xarici ticarət dövriyyəsində əldə olunan göstəricilər 2004-cü ilin illik göstəricilərini ötüb keçmişdir. Bu ilin 11 ayında ümumi daxili məhsulun həcmi ötən ilin 11 ayı ilə müqayisədə 25,1 faiz artaraq, 1 trilyon 339 milyard 775 milyon manat olmuşdur.

Təbii ehtiyatlardan və imkanlardan istifadə olunmaqla sənayenin inkişaf etdirilməsi diqqət mərkəzindədir. 11 ayda 190 milyard 753 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin illik göstəriciləri ilə müqayisədə 62 milyard 978 milyon manat çoxdur. Yeni emal və sənaye müəssisələrinin tikilməsi davam etdirilir. İlin əvvəlindən bəri 14 müəssisə tikilmiş, 6 istehsal sahəsində isə inşaat işləri davam etdirilir.

Bu ilin 11 ayında 14 sənaye müəssisəsi istifadəyə verilmiş, bunlarda 259 yeni iş yeri açılmışdır. 6 sənaye müəssisəsinin tikintisi isə davam etdirilir. Tikinti sektorunda işlərin həcmi hər il artır. Bu ilin əvvəlindən bəri tikintidə bütün maliyyə mənbələri hesabına 506 milyard 791 milyon manatlıq sərmayədən istifadə olunmuşdur. Bu, 2004-cü ilin illik göstəricilərindən 105 milyard 810 milyon manat çoxdur.

Hər il olduğu kimi, bu il də məktəblərin tikintisi diqqət mərkəzində saxlanmış, 3724 şagird yerlik 16 orta məktəb binası tikilmiş, 594 şagird yerlik 1 orta məktəb binası isə əsaslı təmir olunmuşdur. Naxçıvan Dövlət Universitetinin yeni tədris korpusu tikilmiş, Milli Elmlər Akademiyası Bioresurslar İnstitutunun və Naxçıvan Musiqi Kollecinin binaları əsaslı təmir olunmuşdur.

Əhalinin sağlamlığının qorunmasına diqqət artırılmışdır. Bu il Kəngərli rayonunda 40 çarpayılıq yeni xəstəxana binası, 15 kənddə tibb məntəqələri tikilmiş, 11 kənddə sağlamlıq mərkəzləri yaradılmış, muxtar respublika Uşaq xəstəxanasının, Gigiyena və Epidemiologiya Mərkəzinin binaları yenidən qurulmuşdur. Culfa rayonunda “Darı dağ” arsenli su müalicəxanası tikilib istifadəyə verilmişdir.

Mədəniyyətin inkişafı da diqqət mərkəzindədir. Naxçıvan şəhərində yeni Kitab evi tikilmiş, Ordubad rayon mədəniyyət evi, Yusif Məmmədəliyevin ev muzeyi, Naxçıvan şəhərində Gənclik Mərkəzinin binası əsaslı təmir olunmuşdur. Culfa rayonunda Xanəgah abidə kompleksi, Naxçıvandakı tarixi cümə məscidi əsaslı təmir və bərpa olunur. Heydər Əliyev muzey kompleksində yenidənqurma işləri aparılır.

Bu ilin 11 ayında 37 inzibati bina tikilmiş, 28-i isə əsaslı təmir olunmuşdur. Qaçqın və məcburi köçkünlər üçün 100 fərdi yaşayış evi tikilərək istifadəyə verilmişdir. Müharibə əlilləri üçün Naxçıvan şəhərində 36 mənzilli yaşayış binası, ayrı-ayrı rayonlarda 3 fərdi mənzil tikilmişdir.

Əhali tərəfindən tikilən fərdi yaşayış evlərinin ümumi sahəsi 2004-cü ilin 11 ayı ilə müqayisədə 45,5 faiz artaraq, 40 min 267 kvadratmetr olmuşdur.

Yolların təmirinə və yeni yolların salınmasına diqqət artırılmışdır. Naxçıvan şəhərinin Heydər Əliyev prospektində və Nizami küçəsində asfalt örtüyünün təzələnməsi başa çatmışdır. Culfa-Ordubad magistral avtomobil yolu bərpa olunur. 3 körpü tikilərək, 1 körpü isə əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Ümumiyyətlə, 100 kilometrə yaxın şəhər, kənd yollarına və magistral yola yeni asfalt salınmışdır.

15 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında energetika, nəqliyyat və rabitə sektorlarının fəaliyyətindən çox şey asılıdır. Cari ildə energetika sektorunun inkişaf etdirilməsi, əhalinin elektrik enerjisi və təbii qazla təminatının yaxşılaşdırılması sahəsində mühüm işlər görülmüşdür. Ölkə Prezidentinin himayəsi ilə İrandan Naxçıvana təbii qazın nəqli bərpa olunmuşdur. Culfa-Naxçıvan yüksəktəzyiqli magistral qaz kəməri, Naxçıvan-Cəhri kəmərinin, habelə şəhərdaxili qaz xətlərinin çəkilişi başa çatdırılmış, çoxmərtəbəli binalarda daxili qaz xətləri çəkilmişdir. Həmçinin bütün rayon mərkəzlərini mavi yanacaqla təmin etmək üçün mövcud qaz xətləri əsaslı təmir olunmuşdur.

Möhtərəm Prezident!

Ümummilli liderimiz Azərbaycana rəhbərliyinin birinci dövründə əfsanə sayılan Naxçıvana qaz kəmərinin çəkilməsini reallığa çevirdisə, bu gün Siz bu siyasətin tükənməz yaradıcı gücünü bir daha nümayiş etdirdiniz: mürəkkəb geosiyasi şəraitə baxmayaraq, Naxçıvana yeni təbii qaz kəməri çəkməklə bu qədim yurdun xilasına imza atdınız. Bu həyati əhəmiyyətli məsələyə göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə bir daha Naxçıvan əhalisinin minnətdarlığını çatdırıram.

Muxtar respublikanın elektrik təchizatını yaxşılaşdırmaq məqsədi ilə mövcud istilik elektrik stansiyasında turbinlərin qaz yanacağına keçirilməsini təmin etmək üçün tədbirlər görülür. Heydər Əliyev su anbarında 4,5 meqavat gücündə su elektrik stansiyasının tikintisi yaxın vaxtlarda başa çatacaqdır.

Türkiyə Respublikasından daxil olan elektrik enerjisinin istifadəçilərə yüksək keyfiyyətlə və minimum itki ilə verilməsini təmin etmək üçün Şərur rayonunda 80 meqavat gücündə ikidövrəli yeni transformator yardımçı stansiyası tikilmiş, Sədərək rayonunda 10, Babək rayonunda isə 16 meqavat gücü olan yeni yardımçı stansiyada tikinti-quraşdırma işləri başa çatdırılmışdır.

Cari ilin 11 ayında nəqliyyat sektorunda yük və sərnişin daşımalarında əhəmiyyətli artım müşahidə olunmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük və sərnişin daşınması müvafiq olaraq 6,3 faiz və 12,7 faiz artmışdır.

Rabitə müəssisələri də əhaliyə və təşkilatlara göstərilən xidmətin həcmini artırmışdır. On bir ayda 10 milyard 79 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 1 milyard 726 milyon manat çoxdur. Avtomat telefon stansiyalarının nömrə tutumu 41200-ə çatmışdır.

Muxtar Respublikada kəndlərin inkişafı əsas diqqət yetirilən sahələrdən biridir. Əhalinin 70 faizdən çoxu kənddə yaşayır. Ümumi daxili məhsul istehsalının üçdə biri kənd təsərrüfatının payına düşür. Bu sahənin inkişafı istər əhalinin zəruri məhsullara olan tələbatının ödənilməsində, istərsə də mövcud emal müəssisələrinin ahəngdar işinin təmin olunmasında böyük əhəmiyyətə malikdir. Ona görə də muxtar respublika iqtisadiyyatında aqrar sektorun inkişafına üstün istiqamət verilir. Təkcə bu ilin 11 ayı ərzində 2004-cü ilin illik göstəricisi ilə müqayisədə 34 milyard 477 milyon manat çox, yəni 424 milyard 751 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.

Hər il olduğu kimi, bu il də taxılçılığın inkişafı aparıcı sahə kimi qalmışdır. 2005-ci ildə 24 min 150 hektar sahədən 93 min 206 ton taxıl götürülmüş, məhsuldarlıq hər hektardan 38,6 sentner olmuşdur. Ötən ilin göstəriciləri ilə müqayisədə taxıl istehsalı 9 min 650 ton artmışdır.

Taxılçılıqla yanaşı, kartofçuluğun inkişafına da diqqət yetirilir. Cari ildə kartof əkilmiş 1990 hektar sahədən 26 min 318 ton və ya hər hektardan 132 sentner məhsul götürülmüşdür. Məhsul istehsalı ötən illə müqayisədə 9 min 260 ton, məhsuldarlıq isə 25,8 sentner artmışdır.

2005-ci ilin 11 ayında meyvə bağlarından 36 min 432 ton meyvə yığılmışdır ki, bu da 2004-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Muxtar respublikada istehsal olunmuş meyvə və tərəvəzin yerli tələbatdan çox olması onun ixracına da imkan vermişdir. Belə ki, bu ilin 11 ayında 843 ton meyvə-tərəvəz ixrac olunmuşdur.

Muxtar respublikada bitkiçiliklə yanaşı, heyvandarlıqda da inkişaf sürəti yüksəkdir. 2005-ci ilin ötən dövrü ərzində qaramalın sayı keçən ilin müvafiq dövründəkindən 7795 baş artaraq 91 min 880 başa çatmış, davarların sayı isə 69 min 885 baş artaraq 574 mindən çox olmuşdur.

Bunun sayəsində muxtar respublikanın daxili bazarında heyvandarlıq məhsullarının qiyməti sabit olaraq qalır.

Bütövlükdə kənd təsərrüfatının inkişafını stimullaşdıran əsas amil bu sahə üzrə emal müəssisələrinin yaradılması hesabına tələbatın artmasıdırsa, ikinci tərəfdən yeni texnikaların alınaraq gətirilməsi və meliorasiya tədbirlərinin görülməsidir.

Təkcə 2005-ci ildə muxtar respublikaya 14 ədəd kombayn, 11 ədəd traktor, 9 ədəd kotan, ümumiyyətlə 55 adda kənd təsərrüfatı texnikası gətirilərək, lizinq yolu ilə mülkiyyətçilərə verilmişdir.

Kənd təsərrüfatında meliorasiya işlərinin yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi davam edir. 2005-ci ilin ötən dövrü ərzində muxtar respublikada 4 yeni nasos stansiyası tikilmiş, 2 nasos stansiyası əsaslı təmir olunmuş, 5 subartezian quyusu qazılmışdır. Bu müddətdə 3 kəhriz bərpa olunmuşdur. 3 kəhrizdə isə bərpa işləri davam etdirilir. Naxçıvançay üzərində inşa olunan Heydər Əliyev su anbarı 16 min 830 hektar sahənin suvarılmasına imkan verəcəkdir ki, bunun da 6 min 919 hektarı əkin dövriyyəsinə yeni cəlb olunan torpaqlardır. Bu isə əlavə məhsul istehsalı, yeni iş yerləri deməkdir.

Hazırda muxtar respublikada dağ kəndlərinin inkişafı, zəruri infrastrukturun yaradılması diqqət mərkəzindədir. Yollar çəkilir, körpülər salınır, tikilən məktəblərdə bir qayda olaraq həkim məntəqələri də istifadəyə verilir. Dağlıq ərazilərdə aqrar sahənin inkişaf etdirilməsi üçün müxtəlif layihələr həyata keçirilir, kənd əhalisinə kreditlər, arı ailələri, məhsuldar toxum sortları, müxtəlif meyvə tingləri, kənd təsərrüfatı alətləri verilir.

Muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına, özəl bölmənin inkişafına hərtərəfli yardım göstərilir. Həyata keçirilən islahatlar öz nəticəsini verməkdədir. Təkcə bir faktı göstərmək kifayətdir ki, cari ilin 11 ayında ümumi daxili məhsulun 81 faizi özəl bölmədə istehsal olunmuşdur. Sənayedə özəl bölmənin payı 72 faiz, kənd təsərrüfatında 99 faiz, nəqliyyatda 78 faiz, ticarətdə 99,9 faiz təşkil etmişdir. Bütün bu görülən işlərin mərkəzində bir məqsəd dayanır: əhalinin rihaf halının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, məşğulluq səviyyəsinin yüksəldilməsi.

Yeni iş yerlərinin açılması ilə əlaqədar qarşımıza qoyduğunuz vəzifələrin icrası olaraq məlumat vermək istəyirəm ki, 2003-cü il oktyabrın 1-dən 2005-ci ilin oktyabrın 1-dək olan dövrdə 16 min 65 yeni iş yeri yaradılmışdır. Bunun 7716-sı 2005-ci ilin 11 ayı ərzində açılmışdır. Bunlardan 3935-i daimi iş yerləridir.

Əhalinin həyat səviyyəsinin yaxşılaşması sosial-iqtisadi inkişafın əsas göstəricisidir. Əgər 2004-cü ilin 11 ayında muxtar respublikada əhalinin pul gəlirlərinin həcmi 948 milyard 259 milyon manat olmuşdusa, cari ilin 11 ayında nominal pul gəlirlərinin həcmi 303 milyard manatdan çox artaraq, 1 trilyon 251 milyard 890 milyon manat təşkil etmişdir. Adambaşına pul gəlirlərinin həcmi isə 3 milyon 341 min manata çatmışdır.

Antiinflyasiya tədbirləri ilə əlaqədar olaraq, hər həftənin şənbə günləri Naxçıvan şəhərində kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil edilmişdir. Bunun nəticəsində əhali kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən ucuz qiymətə əldə edə bilmişdir. Cari ilin iyun ayından etibarən keçirilən hər yarmarkada istehlakçılara 60-70 milyon manatlıq kənd təsərrüfatı məhsulu satılmışdır. Bu gün muxtar respublikada orta aylıq əmək haqqı 426 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,8 faiz çoxdur.

Cənab Prezident, Sizin tərəfinizdən minimum əmək haqqının 3 dəfə qaldırılması, həmçinin ayrı-ayrı kateqoriya inzibati orqan işçilərinin, alimlərin, aspirantların, ali və orta ixtisas təhsil məktəblərinin tələbə və şagirdlərinin təqaüdlərinin, habelə elmi və fəxri adlara görə verilən təqaüdlərin artırılması muxtar respublikada 40 min 859 nəfərə şamil olunmuşdur.

Aparılan məqsədyönlü tədbirlər muxtar respublikanın xarici ticarət dövriyyəsinin artmasına da səbəb olmuşdur. Əgər 2004-cü ildə xarici ticarət dövriyyəsinin ümumi həcmi 39 milyon 73 min ABŞ dolları olmuşdusa, bu ilin 11 ayında müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən aparılan əməliyyatlar nəticəsində 52 milyon 893 min ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır. Bu da keçən ilin illik göstəricisi ilə müqayisədə 13 milyon 820 min ABŞ dolları və ya 35,4 faiz artım deməkdir.

Muxtar respublikanın sosial-iqtisadi inkişafı büdcə daxilolmalarının həcminə də təsir göstərmişdir. 2005-ci ilin 11 ayı ərzində Naxçıvan Muxtar Respublikasının büdcəsinə bütün mənbələr hesabına 93 milyard 770 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2004-cü ilin büdcəsinin müvafiq göstəricisindən 16 milyard 772 milyon manat çoxdur.

Möhtərəm Prezident, bir məsələni də qeyd edim ki, muxtar respublikanın büdcəsi Sizin diqqət və qayğınızla hər il artmışdır. Belə ki, 2004-cü ildə muxtar respublikanın büdcəsi 241 milyard 137 milyon manat, 2005-ci ildə 351 milyard 650 milyon manat olmuş, 2006-cı ildə isə 514 milyard 247 milyon manat müəyyən edilmişdir.

Naxçıvan şəhərinin büdcəsi isə artıq altıncı ildir ki, subsidiyasız planlaşdırılır. Tikinti-abadlıq işlərinin həcminin və saxlanma xərclərinin ildən-ilə artmasına baxmayaraq, Naxçıvan şəhərində aparılan işlərin maliyyələşməsində heç bir problem yaranmamışdır.

Həyata keçirilən quruculuq tədbirləri, yeni iş yerlərinin açılması bir vaxtlar iş ardınca Bakıya və digər şəhərlərə gedən yerli sakinlərin geri qayıtmasına səbəb olmuşdur. Belə ki, təkcə bu ilin 11 ayında əvvəllər muxtar respublikanı tərk etmiş 1145 ailə geri qayıtmışdır. Eyni zamanda, 2005-ci ilin ötən dövrü ərzində muxtar respublikada satılmış mənzil və ya fərdi yaşayış evlərinin 324-ü geri qayıtmış ailələr tərəfindən alınmışdır. Ötən 11 ayda muxtar respublika əhalisinin sayı 3849 nəfər artaraq 376 min 531 nəfər olmuşdur. Bütün bunlar blokada şəraitinin çətinliklərinə baxmayaraq, ümummilli liderimizin inkişaf strategiyasının, bu xəttin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin konkret bir regionda nəticələridir.

Diqqətinizə görə sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb