Naxçıvan Müəllimlər İnstitutunda Xocalı soyqırımına həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir
Bakı, 28 fevral (AZƏRTAC). Naxçıvan Müəllimlər İnstitutunda (NMİ) Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
NMİ-dən AZƏRTAC-a bildirmişlər ki, institutun rektoru, professor Oruc Həsənli 1992-ci ildə Xocalıda baş verən qanlı hadisələri o zamankı Azərbaycan rəhbərliyinin yarıtmaz fəaliyyətinin nəticəsi kimi dəyərləndirmiş, bu faciəyə hüquqi qiymətin ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra verildiyini bildirmişdir. Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciə olduğunu vurğulayan rektor qeyd etmişdir ki, bütün bu hadisələr bizi sarsıtsa da, xalqımızı daha da güclənməyə, mübarizliyə, vətənpərvərliyə səsləyir.
Konfransda institutun baş müəllimi Ələkbər Cabbarlı, tələbə Təbriz Əliyev və başqaları çıxış edərək, ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın işğal olunmuş torpaqlarının tezliklə azad ediləcəyinə, qaçqın soydaşlarımızla bərabər, xocalılıların da öz doğma yurdlarına qayıdacaqlarına inamlarının bildirmişlər.
Sonda tələbələr Xocalıya həsr olunmuş şeirlər söyləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]