Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan, 21 fevral, AZƏRTAC

Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq, ölkəmizdə idmanın inkişafının təmin olunduğunu, bu sahədə zəngin qanunvericilik bazası və infrastrukturun yaradıldığını qeyd edib. Diqqət çatdırılıb ki, artıq Azərbaycan beynəlxalq idman yarışlarının təşkilatçısı olan bir ölkəyə çevrilib. Bu il ölkəmizin ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi etməsi də Azərbaycanın dünyada qazandığı idman nüfuzunun nəticəsidir. Ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında da ardıcıl tədbirlər görülür. Artıq muxtar respublikada gənc idmançılar nəsli yetişib, idman ustaları formalaşıbdır. Naxçıvanlı idmançılar ölkə və dünya əhəmiyyətli yarışlarda təmsil olunur, nailiyyətlər qazanırlar.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası sədrinin müavini Nəriman Quliyev çıxış edərək deyiblər ki, son 20 il muxtar respublikanın bədən tərbiyəsi və idman tarixində mühüm mərhələ təşkil edir. Bu dövr ərzində muxtar respublikada idmanın maddi-texniki bazası xeyli möhkəmləndirilib. Müasir idman infrastrukturunun formalaşdırılması muxtar respublikada beynəlxalq yarışların keçirilməsinə də şərait yaradıb. 2014-cü ildə muxtar respublika idmançıları dünya çempionatlarında 2, Avropa çempionatlarında 4, beynəlxalq turnirlərdə 10, Azərbaycan birinciliklərində 56 medal qazanıblar. Muxtar respublikada gənclərin asudə vaxtının səmərəli təşkili, idmanın kütləviliyinə nail olunması, idman federasiyalarının işinin düzgün qurulması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəyə yekun vuraraq deyib: Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində digər sahələr kimi idman da inkişaf etmiş, möhkəm maddi-texniki bazaya əsaslanan idman infrastrukturu formalaşmışdır. Hər bir insanın şəxsi həyatında və cəmiyyətdə idmanın mühüm rola malik olduğunu bildirən Ümummilli Liderimiz deyirdi: “İdmanı, bədən tərbiyəsini ümumxalq hərəkatına çevirməliyik. Ona nail olmalıyıq ki, bədən tərbiyəsi və idman Azərbaycanın hər bir gənci, hər bir vətəndaşı üçün ənənə olsun. Azərbaycan gənci bir gün də bədən tərbiyəsi və idmandan kənarda qalmasın. Bu, xalqımızın gələcəyi üçün lazımdır. Müstəqil Azərbaycanı gələcəkdə də yaşatmaq, onu daha da möhkəmləndirmək, dünya miqyasında böyük dövlətə çevirmək üçün gənclərimiz bu gündən hazırlaşmalıdırlar. Həm zehni, mənəvi cəhətdən, həm də fiziki cəhətdən hazırlaşmalıdırlar”.

Qeyd olunub ki, Ulu Öndərimizin müəyyənləşdirdiyi idman siyasəti 1997-ci ildən yeni mərhələyə qədəm qoyub, hörmətli Prezidentimiz İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra idman hərəkatının genişlənməsinə xidmət edən kompleks tədbirlər görülüb. Bu tədbirlər nəticəsiz qalmayıb, Azərbaycan idman yarışlarının keçirildiyi beynəlxalq mərkəzə çevrilib. Naxçıvan Muxtar Respublikasında da əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna mühüm əhəmiyyət verilir. Muxtar respublikada aparılan idman siyasətinin kökündə idmanın kütləviliyinə və inkişafına nail olmaq, onu təbliğ etmək, sağlam nəsil yetişdirmək dayanır. Hazırda muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 üzgüçülük mərkəzi, 1 şahmat mərkəzi, 6 Uşaq-Gənclər Şahmat Məktəbi, 9 Uşaq-Gənclər İdman Məktəbi, Stend və Sportinq Atıcılıq Mərkəzi, eləcə də stadionlar, idman zalları və sadə idman qurğuları, 12 idman federasiyası fəaliyyət göstərir. Son illər 40-a yaxın idman obyekti istifadəyə verilib, ümumtəhsil məktəblərində ən müasir standartlara cavab verən idman zalları yaradılıb.

Uşaq və gənclərin idmana cəlb olunması istiqamətində də müəyyən işlər görülüb. Hazırda muxtar respublikada 18 yaşadək 157 min 442 uşaq və gənc vardır ki, onun da 82 min 657-si oğlan, 74 min 785-i qızdır. Muxtar respublika üzrə uşaq və gənclərdən 283-ü isə sağlamlıq imkanları məhdud olanlardır. İdman federasiyalarının xətti ilə oğlanlardan 12 min 68 nəfəri, yaxud 15 faizi, qızlardan isə 3235 nəfəri, yaxud 4 faizi idmanla məşğul olur. Sağlamlıq imkanları məhdud olan uşaq və gənclərdən isə 111-i, yaxud 39 faizi idmanla məşğul olur ki, bunun da 99-u oğlan, 12-si isə qızdır.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada mövcud idman infrastrukturu idmanın inkişafı və federasiyaların fəaliyyəti üçün lazım olan bütün tələblərə cavab verir. Lakin buna baxmayaraq, yaradılan şəraitdən heç də həmişə tam istifadə olunmur. Muxtar respublikada 18 yaşadək uşaq və gənclərin 10 faizinin idmanla məşğul olması bir daha göstərir ki, onların idmanın müxtəlif növlərinə maraqlarının artırılması, eləcə də idman obyektlərindən və idman qurğularından istifadəsi lazımi səviyyədə deyil. İxtisaslı və peşəkar məşqçilərin olmaması da idmançıların hazırlıq səviyyəsinə öz təsirini göstərir. Bu gün muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üçün imkanlar genişdir. İdmanın inkişafı təkcə hansısa idman yarışında iştirak edib, nailiyyət qazanmaqdan ibarət deyil. Bu, eyni zamanda, gələcəyimiz olan gənclərin sağlam formalaşması üçün lazımdır. Ona görə də Gənclər və İdman Nazirliyi muxtar respublikada idmanın bütün növlərinin inkişaf etdirilməsinə və idmanın kütləviliyinə nail olmalıdır.

Müşavirədə qeyd olunub ki, Gənclər və İdman Nazirliyi idman federasiyaları ilə tədbirdən-tədbirə qarşılıqlı fəaliyyət göstərirlər. Federasiyalar işini sadəcə əlamətdar günlərdə müxtəlif idman yarışları keçirməklə bitmiş hesab etməməlidirlər. Hər bir idman federasiyası özünün müxtəlif səviyyəli komandalarını təşkil etməlidir. Yadda saxlamaq lazımdır ki, federasiyalararası yarışları canlandırmadan ölkə və beynəlxalq əhəmiyyətli yarışlara hazırlıq səviyyəsini artırmaq mümkün deyil. Bu cəhət diqqətdə saxlanmalı, federasiyalar öz yığma komandalarını formalaşdırmalıdırlar. Federasiyalar üzrə muxtar respublika birincilikləri keçirilməli, qaliblərə müvafiq mükafatlar verilməlidir. Keçirilən yarışlar əhali arasında idmanın təbliği məqsədilə kütləvi informasiya vasitələrində geniş işıqlandırılmalıdır. Gənclər və İdman Nazirliyi, eləcə də idman federasiyaları idman növləri üzrə məşqçi fəaliyyətinə və hazırlanmasına peşəkar mütəxəssisləri cəlb etməlidirlər. “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu muxtar respublika birinciliyində və digər futbol komandaları ilə yoldaşlıq görüşü təşkil etməklə fəaliyyətini davam etdirməlidir.

Ali Məclisin Sədri idmanın kütləviliyinin təmin olunmasında Təhsil Nazirliyinin də üzərinə mühüm vəzifələr düşdüyünü bildirərək deyib ki, nazirlik Gənclər və İdman Nazirliyi və federasiyalarla, xüsusən də Şahmat Federasiyası ilə əlaqəni gücləndirməlidir. Muxtar respublikada şahmat üzrə ən müasir baza yaradılıb. Naxçıvan şəhərində Şahmat Mərkəzi, rayonlarda isə Uşaq-Gənclər Şahmat məktəbləri fəaliyyət göstərir. Ümumtəhsil məktəbləri də zəruri şahmat avadanlıqları ilə təmin olunub və bu məktəblərdə də şahmat dərslərinin tədrisi davam etdirilir. Şahmat məktəblərində, eləcə də ümumtəhsil məktəblərində şahmatın tədrisinə diqqəti artırmaq, müasir elektron tədris vasitələrindən səmərəli istifadə edilərək şahmatın tədrisi səviyyəsini yüksəltmək lazımdır.

İdmanın kütləviliyinin təmin olunmasında muxtar respublikada fəaliyyət göstərən Uşaq-Gənclər İdman məktəblərinin də üzərinə mühüm vəzifələr düşür. Çox təəssüf ki, bu məktəblərə uşaq və gənclərin cəlb olunması, eləcə də məşqçi müəllimlərin hazırlıq dərəcəsi lazımi səviyyədə deyil. Uşaq-Gənclər İdman məktəblərinin fəaliyyəti günün tələblərinə uyğun qurulmalı, müəllimlərlə müntəzəm iş aparılmalıdır. Ümumtəhsil məktəblərində yaradılan idman zalları yetişməkdə olan gənclərin fiziki sağlamlığının təmin olunması məqsədinə xidmət edir. Vəzifə aydındır. Onun icrası sahəsində isə nöqsanlar var. Ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin keçirilməsi səviyyəsi və metodları müasir tələblərə cavab vermir. Ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idman dərslərinin təşkili ciddi nəzarətə götürülməli, bədən tərbiyəsi və idman sahəsində pedaqoji fəaliyyətə müvafiq ixtisas təhsilli kadrlar cəlb edilməlidir. Təhsil Nazirliyi şəhər və rayon icra hakimiyyətləri ilə birgə Tədbirlər Planı hazırlamalı, istər ümumtəhsil, istərsə də uşaq-gənclər şahmat və idman məktəblərində tədrisin vəziyyətinə nəzarəti artırmalıdır. Gənclər və İdman Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu ilə birlikdə gənclər arasında idmanın və bədən tərbiyəsinin təbliği məqsədilə yeni layihələr hazırlamalı, yerlərdə gənclərlə görüşlər keçirilməli, yarışlar təşkil olunmalıdır. Ali və orta ixtisas təhsili müəssisələrində də bədən tərbiyəsi və idman dərslərinin tədrisi diqqətdə saxlanılmalı, Naxçıvan Dövlət Universiteti “Bədən tərbiyəsi və idman” ixtisası üzrə peşəkar gənc kadrların hazırlanmasını təmin etməlidir.

Ali Məclisin Sədri deyib ki, bu gün informasiya kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Bu bir faktdır ki, əksər yeniyetmə və gənclərimiz məqsədsiz şəkildə kompyuter və ya televiziya qarşısında vaxt itirərək özlərinin gələcək fiziki sağlamlıqlarına problem yaradırlar. Bu, hamını - valideynləri də, müəllimləri də düşündürməlidir. Sağlam həyat tərzi insanlarda uşaq və gənclik dövründən təlqin olunmalıdır. Gənclər və İdman Nazirliyi, idman federasiyaları, xüsusilə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası qızların da məşğul ola biləcəkləri idman növləri üzrə fəaliyyətlərini gücləndirməlidirlər. İdmanın kütləviliyinin təmin edilməsi üçün şəhər və rayon icra hakimiyyətləri idman federasiyaları ilə birgə fəaliyyətə üstünlük verməli, müxtəlif kütləvi idman yarışlarının təşkili və keçirilməsi təmin olunmalı, gənc idmançıların hazırlanmasına, yerlərdəki idman qurğu və obyektlərindən, eləcə də Olimpiya İdman komplekslərindən istifadəyə, bununla yanaşı onların qorunub-saxlanılmasına da diqqət yetirilməlidir.

Qeyd olunub ki, muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının internet saytları yaradılıb. Amma bu saytlardakı informasiyalar nəinki zənginləşdirilmir, heç yenilənmir də. Gənclər və İdman Nazirliyi idman federasiyaları ilə birlikdə saytlarda istedadlı idmançılar, keçirilən yarışlar, qazanılan uğurlar barədə məlumatların daim yenilənməsini təmin etməlidir. Gənclər və İdman Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına inteqrasiyası üçün fəaliyyətlərini gücləndirməlidirlər. Muxtar respublikanın kütləvi informasiya vasitələri sağlam həyat tərzinin formalaşdırılmasında, əhali sağlamlığının möhkəmləndirilməsində bədən tərbiyəsi və idmanın rolu barədə tematik materiallar hazırlamalı, bədən tərbiyəsi və idmanın kütləviləşməsinə öz töhfələrini verməlidirlər.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada idmanın inkişafı bizim hər birimizi düşündürməli, aid təşkilatlar səylərini artırmalıdırlar. Qarşıdakı dövrdə məqsədyönlü çalışaraq idmanın kütləviliyinə, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə və onların sağlam böyüməsinə nail olmalıyıq. Bir sözlə, 2015-ci il muxtar respublikada idmanın kütləviliyinin təmin olunmasında dönüş ili olmalıdır.

Sonra Naxçıvan Muxtar Respublikasında fərqlənən idman federasiyaları və olimpiya idman kompleksləri mükafatlandırılıblar.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının Şahmat, Karate-do, Paralimpiya, Voleybol, Boks, Futbol, Güləş və Şərq Döyüş Sənəti federasiyalarına, eləcə də İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksinə və Şərur Olimpiya İdman Kompleksinə pul mükafatlarını təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov