Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Naxçıvan Muxtar Respublikası: ictimai-tarixi proseslər və müasir dövr” - elmi konfrans

Bakı, 23 yanvar, AZƏRTAC

AMEA-nın Rəyasət Heyətinin binasında “Naxçıvan Muxtar Respublikası: ictimai-tarixi proseslər və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində AMEA-nın Rəyasət Heyəti, Humanitar və İctimai Elmlər bölmələri və Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransdan öncə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş sərgiyə baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dövlət başçısının “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək ölkəmizdə, eləcə də Muxtar Respublikada geniş tədbirlərin təşkil olunduğunu söyləyib. Akademik İsa Həbibbəyli Azərbaycanın zəngin dövlətçilik tarixinə öz misilsiz töhfələrini vermiş Muxtar Respublikanın həm də elmi nailiyyətləri ilə ölkəmizin tarixində xüsusi yer tutduğunu vurğulayıb. O, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin və professor Sayalı Sadıqovanın həmmüəllifliyi ilə işıq üzü görmüş “Naxçıvan dilçilik məktəbi” və professor Asəf Zamanovun “Naxçıvanlı elmlər doktorları” kitablarının elm xadimlərinin Naxçıvanın 100 illiyinə qiymətli töhfələri olduğunu deyib.

Naxçıvan Muxtar Respublikasının 100 ildə böyük quruculuq yolu keçdiyini deyən akademik İsa Həbibbəyli gələcəyə hesablanaraq atılmış bütün addımların bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Dahi liderlə bağlı xatirələrini bölüşən akademik İsa Həbibbəyli Ulu Öndərin bölgənin elm və təhsil həyatına xüsusi diqqət yetirdiyini, Naxçıvan Dövlət Universitetinin yaradılmasının 25 illiyinə həsr edilmiş tədbirdə iştirak edərək zəngin nitqlə çıxış etdiyini bildirib. Qeyd edib ki, dahi liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də daim Muxtar Respublikanın sosial-siyasi, iqtisadi, elmi, mədəni həyatına xüsusi qayğı ilə yanaşıb, 2002 və 2007-ci illərdə Naxçıvan Dövlət Universitetində keçirilmiş tədbirlərdə iştirak edib. Vurğulayıb ki, Naxçıvan Dövlət Universitetində həmin dövr üçün tarixi hadisə sayıla biləcək elektron kitabxana Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılıb.

Bu gün Naxçıvanın öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu deyən akademik İsa Həbibbəyli Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin başçılığı ilə Muxtar Respublikada ölkəmizin iqtisadi inkişafına təkan verəcək layihələrin, quruculuq işlərinin həyata keçirildiyini söyləyib.

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov AMEA-da Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsini Azərbaycanın elmi, mədəni, ictimai fikir tarixində xüsusi hadisə adlandırıb.

Naxçıvanın bugünkü uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının dayandığını deyən Bəxtiyar Əsgərov hazırda Muxtar Respublikanın Azərbaycanın dünyada ləyaqətlə təmsil olunmasına öz töhfələrini verdiyini bildirib: “Dahi şəxsiyyət Heydər Əliyev siyasi hakimiyyətinin hər iki dövründə xalqımızın milli maraqlarını qoruyaraq çətin tarixi şəraitdə Naxçıvanın statusunun qorunması və sabitliyin təmin edilməsinə öz misilsiz dəstəyini verib. Onun rəhbərliyi ilə Naxçıvanda Azərbaycanın müstəqilliyinin əsası qoyulub, Azərbaycanın üçrəngli bayrağı yüksəldilib, dövlətçiliyimizin dirçəldilməsi üçün çox əhəmiyyətli addımlar atılıb. Ulu Öndərin Naxçıvanın sosial-siyasi və mədəni həyatının inkişafı istiqamətində gördüyü işlər bu gün də minnətdarlıq hissi ilə xatırlanır. Çətin tarixi şəraitdə dahi liderin Naxçıvanda gördüyü misilsiz xidmətləri görən xalqımızın təkidi ilə Ulu Öndərin yenidən Azərbaycan rəhbərliyinə qayıdışı ona Azərbaycan xalqının Ümummilli Lideri statusu verilməsinə qədər gətirib çıxarıb”.

Bu gün Prezident İlham Əliyevin Ulu Öndərin missiyasını uğurla yerinə yetirərək, Azərbaycanın və onun dilbər guşəsi Naxçıvanın inkişafını təmin etdiyini deyən natiq dövlət başçısının rəhbərliyi ilə Naxçıvanın iqtisadi, elmi, mədəni və sosial sahədə əldə etdiyi nailiyyətlərin göz qabağında olduğunu söyləyib. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”, Naxçıvan Sənaye Parkının yaradılması və Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisinə dair Sərəncam qədim diyarın daim dövlət başçısının diqqətində olduğunu göstərir.

Qeyd edilib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Naxçıvanın tarixi, mədəni irsi, abidələri qorunub saxlanılıb, bərpa olunub, qədim diyarın zəngin irsi dünyada təbliğ edilib.

O, çıxışının sonunda bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan layihələr Naxçıvanla bərabər, regionun, o cümlədən elmimizin, mədəniyyətimizin də inkişafına təkan verəcəkdir. B.Əsgərov konfransın Naxçıvanın zəngin elmi mühitinin, mədəniyyətinin, dövlətçilik ənənələrinin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayacağını vurğulayıb.

Daha sonra konfransda “Naxçıvan Muxtar Respublikasının siyasi-hüquqi statusu: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi”, “1920-1930-cu illərdə Naxçıvan ərazilərinə qəsdlər arxiv materiallarında”, “Naxçıvanın qorunması və muxtariyyət statusunun əldə edilməsində qardaş Türkiyənin rolu”, “Naxçıvanda ədəbiyyatşünaslıq: mərhələləri və istiqamətləri”, “Naxçıvan dialektinin səs sistemində homogen əlamətlər”, “Gilənçay vadisi abidələrində arxeoloji tədqiqatlar”, “Heydər Əliyev və Naxçıvanda Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi” və “Naxçıvan mədəniyyətinin inkişafında teatr memarlığının rolu” mövzularında məruzələr dinlənilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndər dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib