Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikasında qadınların ölkənin ictimai-siyasi həyatında rolu getdikcə artır

Naxçıvan, 8 mart, AZƏRTAC

Ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da qadınların cəmiyyətin ictimai-siyasi həyatında rolu getdikcə artır. Bu, bir tərəfdən Naxçıvanda qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən isə muxtar respublikada həyata keçirilən dövlət-qadın siyasəti ilə bağlıdır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən “Müstəqillik illərində Naxçıvan qadınlarının keçdiyi tarixi yol” mövzusunda tədbirdə bu fikirləri Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova səsləndirib.

Komitə sədri bildirib ki, Azərbaycanda dövlət qadın siyasətinin təməl prinsipləri ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin dövlət qadın siyasətinin həyata keçirilməsinə dair müəyyən etdiyi strateji xətt Azərbaycan xalqının fundamental dəyərlər sisteminə söykənir. Ümummilli Lider ölkəmizə rəhbərliyinin hər iki dövründə qadın amilinə yüksək dəyər verərək onların hüquqlarının müdafiəsi, problemlərinin həlli, dövlət idarəçiliyi sistemində təmsil olunması, bütün sahədə öz layiqli yerini tutması, cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirib.

Vurğulanıb ki, bu gün ölkəmiz qadın hüquqları sahəsində möhkəm milli hüquqi baza formalaşdırmaqla yanaşı, eyni zamanda, qadın hüquqlarına dair bir sıra beynəlxalq sənədlərə qoşulub. Həmçinin ölkəmizin sosial-iqtisadi, elmi-mədəni yüksəlişi Azərbaycan qadınının ictimai mövqeyinin kompleks şəkildə möhkəmlənməsi üçün münbit imkanlar yaradır. Dövlətçilik sisteminin elə bir sahəsi yoxdur ki, qadınlar orada təmsil olunmasın, uğur qazanmasın. Azərbaycan qadını tarixən olduğu kimi, bu gün də milli-mənəvi dəyərlərimizin qorunaraq yaşadılmasında, həmçinin ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında təqdirəlayiq töhfələrini verməklə yanaşı, ümumən cəmiyyətin inkişafında aparıcı statusa malikdir. Bütün bunlar bilavasitə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət qadın siyasətinin, qadın amilinə verilən müstəsna dəyərin nəticəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanda qadın adının həmişə uca tutulduğunu, qadına böyük ehtiram göstərildiyini bildirərək deyib: “Gələcəyini düşünən hər bir ölkə qadına yüksək dəyər verir. Bu gün Azərbaycan qadınları da cəmiyyətin hər bir sahələrində uğurla çalışır. Təhsili, dünyagörüşü və mədəni səviyyəsi ilə seçilir. Eləcə də ölkəmizi beynəlxalq aləmdə təmsil edir. Eyni zamanda bu gün qadınlarımız ailənin aparıcı qüvvəsidir. Çünki ölkəmizin gələcəyi vətənpərvər və təhsilli gənclərdən asılıdır. Vətənpərvər, təhsilli və dünyagörüşlü gənclərin yetişməsində isə anaların böyük əməyi vardır”.

“Ölkəmiz müstəqillik əldə etdikdən sonra Naxçıvan qadınlarının ictimai-siyasi fəaliyyəti ildən-ilə artır. Bunu statistik rəqəmlər də təsdiq edir. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 45 deputatından 11-i qadındır. Həmçinin Naxçıvan Muxtar Respublikasından Azərbaycan Milli Məclisinə seçilən 7 deputatdan 1-i qadındır. Bu gün qadınların Yeni Azərbaycan Partiyasında təmsilçiliyi də sürətlə artmaqdadır. Hazırda muxtar respublika təşkilatı üzvlərinin 24 min 840-ı, yaxud 44 faizi qadındır ki, onların da 104-ü ərazi ilk partiya təşkilatının sədridir. Sonuncu bələdiyyə seçkilərində üzvlərin 215-ni qadınlar təşkil edib ki, onların da 9-u bələdiyyə sədridir”, - deyən Ramilə Seyidova bildirib ki, Naxçıvan qadınları muxtar respublikanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Belə ki, muxtar respublikada Ombudsman, nazir, komitə sədri, icra başçılarının müavinləri, rektor, hakim və vəkil vəzifələrində çalışan qadınlarımız da vardır. Həmçinin dövlət qulluğunda işləyənlərin 21, təhsil sahəsində işləyənlərin 68, mədəniyyət sahəsində işləyənlərin 65, səhiyyə və sosial təminat sahəsində işləyənlərin isə 76 faizi qadınlardır. Təhsil, mədəniyyət, səhiyyə və sosial xidmət müəssisələrində 111 qadın rəhbər vəzifələrdə çalışır. Muxtar respublikada qadınların idmana cəlb edilməsi də diqqət mərkəzində saxlanılır. Belə ki, 9 mindən artıq qadın idmanın müxtəlif növləri ilə məşğul olur ki, bu da idmanla məşğul olanların 25 faizi deməkdir. Naxçıvan qadınları Azərbaycan elminə mühüm töhfələr verərək elmi dərəcələr alıblar. Belə ki, muxtar respublikada elmlər doktorlarının 4-ü, fəlsəfə doktorlarının isə 100-ü qadındır. Bu da ümumi elmi dərəcəsi olan şəxslərin 35 faizini təşkil edir. 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrinə daxil olan abituriyentlərin 48 faizini, yəni 819-nu qızlar təşkil edib ki, bunların içərisində 500-700 intervalında bal toplayanların 172-si, yaxud 61,2 faizi qızlar olub.

Diqqətə çatdırılıb ki, qadınların sağlamlıqlarının qorunması, dünyaya gələn yeni nəslin sağlam doğulması və böyüməsi, körpə və ana ölümünün minimuma endirilməsinin daim nəzarətdə saxlanılmasının nəticəsində muxtar respublikada bu sahədə müsbət nəticələr əldə olunub. Eyni zamanda qadınların məşğulluğunun təmin olunması, müvafiq peşəyə yiyələnmələri üçün də bir sıra tədbirlər görülür, istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün muxtar respublikada xalçaçı, dərzi, ağac üzərində oyma və sair peşə kursları təşkil olunur. Muxtar respublikada qadınlar ildən-ilə kiçik və orta sahibkarlıq fəaliyyəti sahəsində geniş imkanlarla əhatə olunaraq müvafiq sahədə təmsil olunmağa başlayıblar. Hazırda muxtar respublikada 67 ailə təsərrüfatı qadınlar tərəfindən idarə olunur. Bununla yanaşı, qadınların istedad, bacarıq və potensiallarının üzə çıxarılması, həmçinin ailə və milli dəyərlərimizi, adət-ənənələrimizi qorumaq və gələcək nəsillərə çatdırmaq məqsədilə onların rəsm və əl işlərindən ibarət sərgi-satışlar keçirilir.

Muxtar respublikada qadınların fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, mükafatlara layiq görülür, medal və nişanlarla təltif edilirlər. Belə ki, muxtar respublika qadınlarının 166-sı Azərbaycan Respublikasının, 172-si isə Naxçıvan Muxtar Respublikasının fəxri adına və mükafatına layiq görülüb, 148 qadın orden, medal və nişanlarla təltif olunub.

Tədbir iştirakçılarını və muxtar respublika qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən, onlara uzun ömür, can sağlığı və gələcək işlərində uğurlar arzulayan Ramilə Seyidova yaradılan şəraitə və göstərilən hərtərəfli qayğıya görə bütün muxtar respublika qadınları adından Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib.

Sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək vurğulayıb ki, Azərbaycan qadını tarix boyu cəmiyyətin aparıcı qüvvəsi kimi milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın inkişafına öz dəyərli töhfəsini verməklə beynəlxalq qadın hərəkatının fəal iştirakçısına çevrilib. Hələ 8 əsr bundan əvvəl böyük memarımız Əcəmi Naxçıvani möhtəşəm Möminə Xatın türbəsini bina etməklə Şərqdə qadın - ana adının nə qədər uca tutulduğunu bütün dünyaya nümayiş etdirib.

Qeyd edilib ki, dövlətin qayğısını daim üzərində hiss edən qadınlarımız bundan sonra da muxtar respublikamızın inkişafı naminə səylə çalışacaq, gənc nəslin Azərbaycançılıq və dövlətçilik ənənələrinə sadiqlik ruhunda tərbiyə olunmasında səmərəli fəaliyyətlərini davam etdirəcəklər.

Mirsənani Seyidov çıxışının sonunda muxtar respublika qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara can sağlığı arzulayıb.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxışında bildirib ki, muxtar respublikada mədəniyyət sahəsində 2500-ə yaxın qadın çalışır, onların əməyinə daim yüksək qiymət verilir. Belə ki, 14 nəfər Azərbaycan Respublikasının, 29 nəfəri isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüb. Natəvan Qədimova qadınlarımıza göstərilən diqqət və qayğıya görə mədəniyyət sahəsində çalışan qadınlar adından Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib.

O, çıxışının sonunda muxtar respublika qadınlarını bayram münasibətilə təbrik edib, onlara can sağlığı arzulayıb.

Naxçıvan Dövlət Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Günnar Fərəcova da çıxışından sonra muxtar respublikada ictimai-siyasi fəaliyyəti ilə seçilən 50 qadına müxtəlif nominasiyalar üzrə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomlar təqdim olunub. Tədbirdə iştirak edən bütün qadınlara hədiyyələr verilib.

Bədii hissədə Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestri, Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının və Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasının balaca fidanlarının hazırladığı kompozisiya, mahnı və rəqs nömrələri ifa olunub.

Sonda istedadlı qadınların rəsm və əl işlərindən, eləcə də qadınlar tərəfindən nəşr olunan kitablardan və ailə təsərrüfatı ilə məşğul olan qadınların istehsal etdiyi məhsullardan ibarət sərgiyə baxış olub. Sərgidə 53 istedadlı qadının 1210 rəsm və əl işi, 49 müəllifin 87 kitabı və ailə təsərrüfatı ilə məşğul olan 18 qadının 580 ailə təsərrüfatı məhsulu nümayiş olunub.

Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi , Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub