“NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA SOSİAL-İQTİSADİ İNKİŞAF: REALLIQLAR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
İştirakçılar ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
YAP Naxçıvan Muxtar Respublika təşkilatının icra katibi Anar İbrahimov konfransın məqsəd və məramı barədə məlumat vermişdir. Tədbirdə “Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi proseslər: nəticələr, dinamika, prioritetlər, “Muxtar respublikanın inkişafında Naxçıvan Muxtar Respublikasının regional inkişafı Dövlət proqramının rolu”, “Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət siyasəti haqqında”, “Pensiya islahatı: Reallıqlar və perspektivlər” mövzusunda məruzələr dinlənilmişdir.
Çıxışlarda qeyd olunmuşdur ki, Babək rayonunda cari ilin 6 ayında 7,2 milyon manatlıq sənaye, 5,1 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, ötən ilin müvafiq dövrünə nisbətən 8 faiz çox sərmayə yönəldilmişdir. Həyata keçirilən tədbirlər əhalinin məşğulluq probleminə də təsirini göstərmiş, son üç il ərzində 2588 yeni iş yeri açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]