Naxçıvan şəhərinin ərazisində və kəndlərdə dezinfeksiya tədbirləri aparılır
Naxçıvan, 11 aprel, AZƏRTAC
Muxtar respublikada həyata keçirilən qabaqlayıcı tədbirlər, sanitar-profilaktik və dezinfeksiya işləri gücləndirilmiş rejimdə davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, növbəti dəfə bu işlər Naxçıvan şəhərindəki Əcəmi seyrangahında, o cümlədən Qaraçuq və Qaraxanbəyli kəndlərində aparılıb.
Əcəmi seyrangahında aparılan dezinfeksiya işləri Möminə xatın türbəsinin ətrafını və Açıq Səma Altındakı Müzeyi və ətraflarını əhatə edib.
Qaraçuq və Qaraxanbəyli kəndlərində aparılan işləri zamanı daxili yollar, səkilər və küçələr, kənd inzibati dairələri üzrə nümayəndəliklərin binası və ətraf ərazilər xüsusi məhlulla dezinfeksiya olunub.
Dezinfeksiya işləri Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti tərəfindən və xüsusi avadanlıqlar quraşdırılan maşınlarla aparılıb.