Naxçıvanda 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilib
Naxçıvan, 20 yanvar, AZƏRTAC
Yanvarın 20-si saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, hüzn əlaməti olaraq dövlət bayraqları yarıyadək endirilib, sərnişinlərin, nəqliyyatın hərəkəti bir dəqiqəlik dayandırılıb.
Qeyd edək ki, Qanlı Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.
Yanvarın 20-də səhər saatlarından başlayaraq Naxçıvan şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.