Naxçıvanda dəmir yolu ilə 15 minə yaxın sərnişin daşınıb
Naxçıvan, 20 fevral, AZƏRTAC
Yanvar ayında Naxçıvanda Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 8 min 400 ton müxtəlif təyinatlı yük, Ordubad-Şərur və Şərur-Culfa istiqamətində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 14 min 703 sərnişin daşınıb.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Culfa Lokomotiv Deposunda lokomotivlər texniki baxışdan keçirilib, Culfa İstismar Vaqon Deposunda vaqonlar cari təmir edilib. İnfrastruktur İdarəsinin xidməti ərazisində baş və stansiya yollarına baxış keçirilib, yağış və leysan sularının maneəsiz ötürülməsi üçün dağüstü kanallarda, körpü yataqlarında, küvetlərdə və beton borularda təmir işləri aparılaraq tullantılar təmizlənib. Dəmir yolu obyektlərinin və elektrovozların fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə işlər davam etdirilib, alçaq və yüksəkgərginlikli elektrik ötürücü hava və kontakt şəbəkəsi xətlərində təmir aparılıb.
Muxtar respublikada dəmir yolu infrastrukturunun texniki bazasının gücləndirilməsi məqsədilə Culfa stansiyasında İstismar Vaqon Deposunda tikinti işləri davam etdirilib, xidməti ərazidəki bütün bina, tikili və qurğularda, eləcə də istismarda olan lokomotiv və sərnişin vaqonlarında yanğına qarşı texniki müayinə keçirilib, aşkar olunmuş nöqsanlar aradan qaldırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:18]
Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub
- 15.06.2026 [12:09]
Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib
- 15.06.2026 [10:36]
Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
- 15.06.2026 [10:00]
Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb
- 14.06.2026 [23:41]
Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb VİDEO
- 14.06.2026 [20:46]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [16:23]
Oğuzda Milli Qurtuluş Günü qeyd olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]