Naxçıvanda həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Naxçıvan, 21 oktyabr, AZƏRTAC
Bu il iyunun 29-da Naxçıvan şəhər Tumbul kənd sakini 1993-cü il təvəllüdlü Rahib Abdullayevin öldürülməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ibtidai istintaqla 1974-cü il təvəllüdlü Kərim Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qohumu və həmkəndlisi Rahib Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Kərim Hüseynova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən şəhər prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [14:44]
Xankəndi şəhəri fasiləsiz içməli su ilə təmin edilir
- 04.06.2026 [13:47]
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
- 04.06.2026 [13:04]
Ağdam Sənaye Parkında daha bir şirkətə rezident statusu verilib
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:39]