Naxçıvanda ixracyönlü sənaye sahəsi yaradılacaq
Bakı, 5 iyun, AZƏRTAC
İxracyönlü sənaye sahəsində müasir texnologiyaların tətbiqi ilə məhsuldarlıq artacaq, istehsal olunmuş sənaye məhsullarının keyfiyyəti yüksələcək, həmçinin yeni iş yerləri yaradılacaq. Naxçıvan Muxtar Respublikasında dövlət sənaye sahəsinin inkişafını dəstəkləyən infrastruktur qurulacaq, Şərur Sənaye Məhəlləsinin fəaliyyətə başlaması təmin ediləcək, Naxçıvan Muxtar Respublikasında Sənaye Parkı yaradılacaq, istehsal olunan sənaye məhsullarının xarici bazarlara ixracı stimullaşdırılacaq, ixrac potensialının artırılmasına töhfə verən rəqabətqabiliyyətli sənaye sahələrinə dövlət dəstəyi və investisiyalar cəlb olunacaq, innovasiyalar, habelə dövlət-özəl tərəfdaşlığı ilə bu sahədə resurs və xidmət təminatı gücləndiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında qeyd olunub.
Dövlət Proqramında bildirilir ki, Naxçıvan Muxtar Respublikasında mövcud olan iri müəssisələrin istehsal məhsullarının həm ölkədaxili satışının dəstəklənməsi, həm də xarici bazarlara çıxışının artırılması istiqamətində tədbirlər həyata keçiriləcək.
Bununla yanaşı, mövcud olan təbii ehtiyatlar və xammal bazası əsasında sənaye sahələrinin yaradılması imkanları genişləndiriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.02.2026 [11:00]
Bəsitçayın qış mənzərəsi FOTO VİDEO
- 06.02.2026 [10:24]
72 yaşlı kişi antibiotik iynəsinin təsirindən öldü
- 06.02.2026 [09:09]
Naxçıvan şəhərində su xəttində qəza baş verib
- 05.02.2026 [23:29]
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib VİDEO
- 05.02.2026 [19:10]
Ağdamda cəsur əsgər Rahib Məmmədovun xatirəsi anılıb
- 05.02.2026 [17:26]
Ağdamda İnklüziv Yaradıcılıq Yarmarkası keçirilib VİDEO
Azərbaycan nefti ucuzlaşıb
- [09:25]
Almaniyada buzlu yağış ciddi fəsadlara səbəb olub
- 05.02.2026 [23:50]
"Fənərbağça" Türkiyə Kubokunda 2-ci qələbəsini qazanıb
- 05.02.2026 [23:39]
Yaponiyanın Baş naziri martda Ağ Evə səfər edəcək
- 05.02.2026 [23:04]
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
- 05.02.2026 [21:27]
Azərbaycan Kubokunda 1/4 finalın ilk matçlarına yekun vurulub
- 05.02.2026 [21:15]